cahantv.az

QƏNİMƏT ZAHİDİN YANLIŞ MÜQAiSƏSİ -..YOXSA BİZİ QATIQ ÇAŞDIRIR?!

675 dəfə baxılıb 19-02-2019, 22:37

QƏNİMƏT ZAHİDİN YANLIŞ MÜQAiSƏSİ -..YOXSA BİZİ QATIQ ÇAŞDIRIR?!
" İlham Əliyevdə Vəzirovlaşma sindiromu başqaldırır.Mən 80-cı illərin sonunda Moskvadan Azərbaycana rəhbərlik etmək üçün göndərilən Əbdürrəhman Vəzirovu nəzərdə tuturam və əlbətdə ki,cənab Vəzirovu aşağılamaq fikirində deyiləm. Vəzirov səmimi idi,nəyi varsa oydı,onun bütün çıxışları,bütün deyimləri özünün səmimi dünyabaxışı rəngində idi.İlham Əliyev isə yenilikləri süni,qeyri səmimi ,yalandan əlavə eləyir.Vəzirovlaşmada qeyri səmimi tərzini seçir.Əgər bu gedişlə gedsə şübhəsiz onun Vəzirovlaşmasının qarşısını almaq olmayacaq və bütun əhali onu hoydu-hoyduya götürəcək və kələyin hansı küləklərlə fələyə təslim edilməsidə hamının gözləri qarşısında baş verəcək."
Bu fikirləri tanınmış jurnalist,hazırda mühacir həyatı yaşayan Qənimət Zahid özünün yaratdıqı Turantv-nin "Azərbaycan Saatı"verilişində səsləndirib.
Qənimət Zahidi siyasi jurnalistdə adlandırmaq olar amma adlandırmamaqda olar çünki o, eyni zamanda ədəbiyyata,poezyaya bağlı bir qələm əhlidir. Bir zamnlar ədəbi yaradıcılıqlada məşğul olub bəlkə indi də olur amma ya üzə çıxartmır yada mən rast gəlməmişəm.Hər halda O,Azərbaycan ədəbi mühütinin yetişdirdiyi zəngin söz bazası olan,dərin zəka yiyəsi,iti qələm sahibidir.QƏNİMƏT ZAHİDİN YANLIŞ MÜQAiSƏSİ -..YOXSA BİZİ QATIQ ÇAŞDIRIR?!
Adətən bele zəka sahiblərinin hər sözündə bir hikmət olur.Nəzərə alsaq ki, hər kəlməsində bir hikmət olan bu cür nadir şəxslər və şəxsiyyətlər heç bir sözü təsadüfən demir. Onda Qənimət bəyin çoxdan unutduğumuz Vəzirovu bizə xatirlatmasınıda təsadüfi sayıqlama saymaq olmaz və bunu onun sevimli xalqına "Oyaq ol ,keçmişi unutma və növbəti dəfə aldanma"! mesjı kimi qəbul etmək olar.Hörmətli Qənimət bəy israr edir ki,Vəzirov səmimi idi ,zəngin dünyagörüşünə malik bir dövlət adamiydı ,xalqa yaxın olmaq istəyirdi, amma xalq onu hoydu-hoyduya götrürüb ölkədən qaçmağa vadar etdi.Mən Qənimət bəyin Vəzirov haqqında söylədiklərini də təsadüfi saymıram və səmimiyyətinə şübhə etmirəm ona görə ki,O,bu hadisələrin canlı şahidi olub , bəlkədə Vəzirova qarşı təşviq edilən kəslərdən biri də özü oıub çünki həmin dövürlər Qənimət bəyin gənclik illərinə təsadüf edir- o da məlumdur ki,siyasi oyunbazlar adətən öz siyası oyunlarına daha çox gəncləri cəlb etməyə səy göstərirlər. Təcrübəsiz,dəliqanlı gəncləri şirin yalanlarla ,absurd vədlərlə aldadıb kütlə halına gətirmək ,meydanlara doldurub məqsədlərinə çatana qədər alət kimi istifadə etmək daha asandır axı. -Bəkə də olmayıb O,elə uşqlıqdan zirək olub, bu yalanlara inanmayıb sadece eşidib .Ancaq sonradan Vəzirovın ətrafında jurnalist araşdırması apararaq eşitdiklərinin ağ yalan, Vəzirovunsa doğurdan da məsum bir insan olduğu qənaətinə gəlib.
Onun bu həsas məqamda İlham Əliyevi Vəzirovla müqayisə etməsinidə təsadüfi saymaq düzgün olmaz ona görə ki,İlham Əliyevdə üzünü xalqa çevirib ,Ölkədə köklü islahatlar həyta keçirmək istəyir və öz istəyində israrlıdır ,bu islahatları həyata keçirməkdə isə məhz Azərbaycan xalqına arxalandıqını açıq şəkildə bəyan edir.Belə olan vəziyyətdə əlbətdə ki,Qənimət Zahid haqlıdır. İlham Əliyevin xalqın xeyrinə həyata keçirməy istədiyi islahatlara qarşı duran ,xalqı istismar etməyin,əzməyin tərəfdarı olan qüvvələr çıxacaq ortaya həmən qüvvələr ki,illərdi hakimiyyətdə təmsil olunurlar və bu islahatlar onlara yox xalqa xeyir verecek.Ona gorədə kəsinliklə demək olar ki,bu quvvələr xalqın arasında çaşqınlıq yaratmağa səy göstərəcək, İlham Əliyevi nə yolnan olursa olsun xalqın gözündən salmağa çalışacaqlar, necə ki,bir zamanlar Vəzirova qarşı bu metoddan istifadə edilmişdi. Baxmayaraq ki,Vəzirov Qənimət bəyin dediyi kimi səmimi idi , özünün zəngin dünya görüşü vardı və bütün çıxışlarnda da var gücü ilə xalqa xidmət göstərməyə çalışdığını ,başqa bir məramı,məqsədi olmadığını söyləyirdi yazıq adam.Amma ona qarşı aparılan əks təbliğatın nəticəsində xalq onun səsinə səs vermədi ,hər sözünə bir qulp qoyub dildən -dilə saldılar. Uzun illər xarici olkələrdə səfir işləmiş Vəzirov Azərbaycan dilini də mükəmməl bilmədiyindən xalqla heç cürə dil tapa bilmədi ki,məsələnin nə yerdə olduğunu izah etsin, sonda heydən düşüb geri çəkildi.Mən güman etmirəm ki,bu metod İlham Əliyevə qarşı keçərli olsun yeqin heç Qənimət bəydə çox da güman etmir ,başa düşür ki,Vəzirovdan fərqli olaraq İlham Əliyevə qara yaxmaq,xalqın gözündən salmaq çətin məsələdir. Çünki İlham Əliyevin çox illik idarəçlik təcrübəsi var ,bildiyi əcnəbi dillərlə yanaşı Azərbaycan dilini də mükəmməl bilir və nə etməy istədiyini el dilində xalqa izzah etməyi bacarır.Ondan əlavə İlham Əliyevi Azərbaycanı idarə etməkçün Moskvadan təyyinatla yollamayıblar, onu xalq seçib.Bu və bir çox başqa amillər var ki,hörmətli xocamız bilməmiş olmaz sanıram. Amma hər ehtimala qarşı keçmişi yadımıza salmaqla bizi ayıq olmağa,hər fitnə fəsada uyumamağa çağırır, bir misalda olduğu kimi "Məsələ həmən məsələdi ,qatıq sizi çaşdırmasın"demək istəyir dəyərli ziyalımız, bununlada öz ziyalılıq borcunu yerinə yetirir.Əlbətdə O, bunu açıq şəkildə deyə bilməzdi nə qədər olmasa siyasi jurnalistkayla məşğuldur və siyasi mənsubiyyətindən irəli gələn ohdəlikləri var.Yenə də çox sağ olsun keçmişi yada salır,dolaysı ilə də olsa miləti səbirli,təmkinli olmağa çağırır.
Məlumat üçün deyim ki, Əbdürrəhman Vəzirovu1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Azərbaycan SSR KP MK-nın birinci katibi olmuşdır. Sonralar Ə.Vəzirov mətbuatda dərc olunmuş bir məqaləsində İlham Əliyev haqqında danışaraq onun fəaliyyətini belə təhlil etmişdir : “İlham Əliyevə onun həndəvəri, və başqaları əngəldir. Ətrafı İlham
Əliyevin təmiz bədənində çirkabdır, bu çirkab öz maraqlarını, arzularını həyata
keçirməyə çalışır. Onlar problemi özlərinin çirkaba batmış reytinqlərinin sərhədləri
dəqiq şəkildə cızılmış elektoral gettoları çərçivəsində yerində saymaqla həll
edirlər”.
Tərlan Ərəbli /Cahantv.az/


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi