cahantv.az

Ballada nədir?-araşdırma

724 dəfə baxılıb 16-04-2018, 23:10

Ballada nədir?-araşdırma
Xalq yaradıcılığı- ədəbiyyatın mühüm inkişaf mənbəyini təşkil edən amillərdəndir. İngilis ədəbiyyatı da xalq yaradıcılığından bəhrələnərək böyük inkişaf yolu keçmişdir. İngiltərə ərazisində orta əsrlərin ilkin dövründə yarana əfsanələr, eposlar tam saxlanmasa da, XİV-XV əsrlərin xalq poeziyası nümunələri günümüzə qədər gəlib çıxmışdır. Onların ən geniş yayılmış janrları nəğmələr və balladalardır.

Ballada- dramatik süjet xəttinə malik olan və xorla oxunan nəğmələrdir. Balladalar xorla oxunub, musiqi ilə müşayət olunub, dramatik oyunlar və rəqslərlə başa çatıb.

Baladalar qafiyəli şeirlərdir, dörd misradan ibarətdir. Nəğmələrdə olduğu kimi balladalarda da epitetlərdən, müqayisələrdən və təkrararlardan istifadə olunur. Syüjet xəttinə girən balladalar tarixi, əfsanəvi,və məişət xarakterli olurlar.

Balladaların ən geniş yayılmış qəhrəmanı əfsanəvi Robin Guddur. Sadə ingilislərin rəğbətini qazanmış Robin Gud azad bir kləndlidir. O ,,şən yaşıl meşədə,, özü kimi azad və şən dostları ilə birgə yaşayır.Onun başına toplanan bu insanlar qanundan kənardırlar, zənginlərin mal-dövələtini kasıblara paylayan qorxmaz insanlardır.Əla ox atmağı bacaran, şən, guclü, cəld, xeyirxah Robin Gud feodalların, Nottinqem şerifinin, varlı cəngavərləırin və tacirlərin qənimidir.O, öz kralına sədaqətlə xidmət etməyə hazırdır, lakin onu sarayında yaşamaq istəmir. O, Şervurd meşələrində sərbəst yaşamağa üstünlük verir. O, burada quşların şən cəh-cəhəsi altında doğulub, bu ərazi onun doğma evi sayılır. Robin Gud öz dostları ,,Balaca Jon ,, ,monax Tukla, aşiqi olduğu xanım Marianna ilə ayrılmır. Bu ballada da o dövrdə İngiltərə də geniş yayılmış, elementləri bu gün də qalan Druidizm dinin əlamətlərini görürük. Müqqəddəs meşə, Palıd ağacı altında aparılan məşvərətlər dediklərimizə sübutdur. ( Druidlər üçün meşə müqəddəs idi.Onlar tək allahlığı qəbul edirdilər. Druidlər deyirdilər ki, Allah -təala qatı duman içində meşələrin üzərində dolanır, o gözə görünməzdir.) Bu əlamətlər Robin Gud haqqında olan əfsanələrdə dolayısı yolla da olsa nəızərə çarpmaqdadır.

Robin Gud haqqındakı əfsanələr sil-silə xarakterlidir.,, Robin Gud haqqında kiçik nəğmələr,, , Robin Gudun macəraları,, poetik nümunələri mövcuddur. Bu balladalar vaxtaşırı çap olunub. Bu nümunələrdən əlavə Robin Gud haqqında yaradılan sərbəst nəğmələr onunu şöhrətini artırmışdır.



XİV- XV və XVİ əsrlərdə bir sıra diğər balladalar da yaradılmışdı- ,,İKi Bacı,, - Çayld Uoters,, - ,, Xanım İzabel,,- ,, Gəddar qardaş,, adlanan əsərləri nümunə göstərə bilərikik.
Təranə Sabirqızı\CahanTV.az\


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi