cahantv.az

Azərbaycanlı “Kim Kardaşyan” Amerikaya səs saldı

297 dəfə baxılıb 24-02-2017, 03:18

Azərbaycanlı “Kim Kardaşyan” Amerikaya səs saldıAmerikada yaşayan Azərbaycan əsilli model Kamilla Osman sosial şəbəkədə yeni fotoşəkillərini paylaşıb.

Cahantv.az-ın Lent.az-a istinadən məlumatına görə, erməni əsilli ulduz Kim Kardaşyana bənzərliyi ilə tanınan modelin yeni fotoları maraqla izlənilib.

Azərbaycanlı model ona xoş söz yazanlara “Mən Azərbaycanımı və fanatlarımı çox sevirəm” şərhini yazıb.

22 yaşlı Kamilla kanadalı moda bloggeri və sosial medianın siması kimi məşhurlaşıb. O, Kanadanın Toronto şəhərində böyüyüb. Ailəsi azərbaycanlıdır. Kamilla 15 yaşından bəri Kim Kardaşyana bənzərliyi ilə diqqət çəkir.

Onun “Instagram”da 380 mindən çox izləyicisi var.

Qeyd edək ki, Kim Kardaşyan K.Osmanla birgə fotçəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Kamilla çox şirin qızdı. Bizi bir-birimizə oxşadan çox adam var. Onunla tanışlıq çox əyləncəli oldu”.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi