cahantv.az

SON DƏQİQƏ

MƏKTUB-KÖŞƏ

20-09-2017, 01:47 | Oxunub: 749

MƏKTUB-KÖŞƏ
Salam... Bir məktub yazmaq istəyirəm sənə bu gün. Həsrətinin alovundan çıxan qığılcımları bir yerə toplayıb, ayrılıq mehi ilə sənə göndərmək istəyirəm. Bil istəyirəm sənsizliyin mənə nələr yaşatdığını. Necə yazım,cümlələri necə qurum bilmirəm. Bir məktubun necə yazıldığını bilmirəm düzünü desəm.Əgər mənə desəydilər ki, zaman gələcək səninlə danışacaqlarımı bir məktuba yazacağam, inanmazdım. Bəlkə də inanardım, amma məndən bu qədər uzaqlarda olacağını heç vaxt düşünməzdim. Məktubumu oxuya bilməyəcək qədər çox uzaqdasan. Ancaq mən yazacağam sənə yenə də. Çünki darıxmışam, sənin üçün, səninlə danışmaq üçün çox darıxmışam. Ayrılığın zamnsız yağan qar kimi, şaxta kimi dondurur məni, dünyam Günəşi tanımayan səma kimidi. Ulduzlar da yoxdu, Ay da sönükdü.

Tərsinə dönən nağıla bənzəyir həyat mənim üçün. Sondan əvvələ doğru gəlir. Biri var olur, biri isə yox. Nağıllar burdan başladığı üçün heç vaxt bizə danışmazdılar biri var, biri yox olanda onlar necə yaşayıblar. Bəlkə elə bunua görədi ki, indi mayakı yanmayan qaranlıq dənizdəki gəmi kimiyəm. Nağılda asan olur olmayan o birini tapmaq və xoşbəxt sonuqla bitmək. Ancaq həyatdan bir gedən, geri qayıtmır. Sən qayıtmayanda anladım bunu. Həyatın necə acımasız olduğunu anladım.

Gələcəyə doğru atdığım hər addımımda keçmişim, xatirələrim ahənrüba kimi məni geri çəkir. Yarım qalan bir hekayə var geridə çünki. Həyat hekayələrinin sonu olamz əsilində. Sadəcə onları danışan, bir gün yorular və qəfildən yarıda kəsər. Bir başqası isə ayrı bir hekayədə o qəhrəmanlardan bəhs edər, ancaq onların hamısına rol verməz. İndi sən yarım qalan hekayənin kənarda qalmış qəhrəmanısan. İçində sən olmayan hekayənin özü belə nələr yaşatmalı olduğunu bilmir.
Sənsiz ömrüm lal axan çaya bənzəyir, dərin, səssiz və hüzünlü. Qorxuram bilirsən, həyat çox qorxudur məni. Əlimdən tutan əllərdən biri yox olunca bir tərəfimdə uçurum yarandı sanki. Elə bir uçurum ki, yalnız kiçik bir səhvdən ora yıxılıb paramparça olaram.
Sənə danışamaq istədiyim o qədər sözüm var ki... Bilirsən, insan bəzən birini dəlicəsinə çox istəyir, ancaq sevgisini nədənsə bildirməyə çəkinir. Ya da yetərincə- ürəyindəki məhəbbətin böyüklüyü qədər çatdıra bilmir sevgisini. Dahi şairlərin dənizin vəsfini verdiyi kimi. Mən də səni necə sevdiyimi bildirə bilmədim. Bilimirəm bəlkədə bununçun yetərincə zamanım və şansım olmayıb. Bəlkə də mənə verilən zamanı lazımınca qiymətləndirməyi bacarmamışam. Ancaq mən sənin nəvazişinə, qayğına, sənə sığınmağa hələ doymamışam. Sənsizliyə hələ də alışa bilməmişəm. “Öznü ümidsiz hiss edəndə, ən çarəsiz və ən uzun gecəni düşün”- deyirlər. “Sabah olmadımı?”. Ancaq mənim sənsz olan hər gecəm uzun və çarəsizdi. Sabahlarım yenə də ümidsizdi.
Əgər insan bir gün xoşbəxt olduğunu anlayırsa, deməli o onu çoxdan itirib. Bəyaz atın tərkində çox uzaqlara çapıb və onun izi belə görünmür. Mən səni itirəndə anladım bir zamanlar xoşbəxt olduğumu. Bu il doğum günümü sənsiz keçirəndə anladım onu itirdiyimi.
Bilirsən necə darıxmışam səni səsləmək üçün. Necə darıxmışam hər çağırdığımda səsimə səs verməyin üçün. Gedişinlə dilimdən ən çox sevdiyim kəlməmi almısan, üzümdən saf təbəssümümü almısan, ömrümdən qayğısız uşaqlığımı almısan, məndən qayğıkeş, isdi baxışlı, ürəyi məhəbbətlə dolu insanı almısan. De bunlarsız həyat mümkündümü? Sənsiz həyat mümkündümü?
Artıq anlamışam heç vaxt geri dönməyəcəyini. Bir payız gecəsinin məndən səni əbədi qopardığını bilirəm. Ancaq səni hər zamna gözləyəcəyəm. Qəlbimdə sənin həsrətindən çəkilən yollarda daim sənin gələcəyini gözləyən iki yaş dolu göz olacaq həmişə, gələməyəcəyini bilə bilə.
Məktub yazıram sənə, çatmayacağını bilə bilə, oxunmayacağını bilə bilə. Qəlbimin dilimə yazdığı məktub...

PƏRVİN ABGÜL


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA