cahantv.az

SON DƏQİQƏ

XƏYANƏT ƏHLİ AŞİQ OLA BİLMƏZ-KÖŞƏ

18-09-2017, 23:27 | Oxunub: 708

XƏYANƏT ƏHLİ AŞİQ OLA BİLMƏZ-KÖŞƏ
Sevgi-dillər əzbərdi bu 5 sözdən ibarət kəlmə. Dünyadan da böyük yük daşıyır çiynində. Yük?!... Bəli yük... O qədər çox mənası, o qədər çox baxış nöqtəsi var ki, bu zavallı 5 hərfə, özü belə özünə yük olub. Hər kəs başqa cür anlıyır, başqa cür qiymətləndirir. Gerçək qiyməti isə... Bir sevginin qiyməti ölçüləbilərmi görəsən???
Kimisi uşaqlıqdan yeniyetməliyə doğru dəyişən hissini SEVGİ adlandırır. Bəlkə də doğru deyil, ancaq yüklənəcək ən məsum yük budur məncə...
Kimisi əlçatmaza olan marağını sevgi adlandırır... Əli yetəndə "yanılmışam" deyir. Tək doğru cavab isə, "insan yetə bilmədiyinin köləsi, yetdiyininsə nankorudur"...
Kimisi də xəyanətin adını SEVGİ qoyur. Ən ağır yüklərindən biridir məncə...

Bəs nədir əslində sevgi?
Bir ananın laylası qədər şirin, qucağı qədər isti, bir atanın nəfəsi qədər güvənli, ocağı qədər huzurlu, bir bacının nəvazişi qədər əvəzsiz, bir qardaşın əli qədər güclü, bir dotun güvəni qədər sonsuzdur məncə. Niyə sevgi deyince illa da ağlımıza bir qızın oğlana, ya da bir oğlanın qıza sevgisi gəlməlidir ki?... Burnumuzun ucundakı sevgini görmədikdən sonra, onların sevgisini qəlbimizə almadıqdan sonra hardan biləcək ki, o ürək sevməyi?? Necə biləcək ki???
Ama ən çətində bir oğlanın qıza ya da bir qızın oğlana olan sevgisidi. Niyəmi? Çünki insan yalnız sevginin əsil anlamını tapdığı birinə aşiq olar. Sadalnanların bir insanda cəmlənməsidi əsil məhəbbət. Nə düsturu var, nə qaydası... İsbat da gərəkdirməz...
Gerçək sevgiyə kor olaraq yaşadığımız bu dünyada gözəlikdən məhrum olduğumuz üçün şikayətlənirik... Gözəlliyin bizdə itib, bizdə gizləndiyini bilmədiyimiz üçün də soyuq qəlblərin, soyuq baxışların BUZLAŞDIRDIĞI BİR ALƏMDƏ YAŞAYIRIQ. Və buzdan qəlblər XƏYANƏT ƏHLİ OLUR... EŞQSƏ MÜQƏDDƏSDİ, XƏYANƏT ƏHLİ AŞİQ OLA BİLMƏZ...

PƏRVİN ABGÜL


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA