cahantv.az

İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı – Sakinlərdən etiraz

529 dəfə baxılıb 9-07-2019, 14:12

İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı  – Sakinlərdən etiraz
İsmayıllı rayonunda İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı

“İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxlu sayda rayon sakininin həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoyub”.
CahanTV.az xəbər verir ki,bu barədə məlumatı “Yeni Sabah” saıtına İsmayıllı rayonu İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu deyib.
Bu haqda şikayət edən sakin bildirir ki, İsmayıllı rayonu Nizami küçəsi ərazisində fəaliyyət göstərən maye qaz yanacaq doldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində, lap yaxınlığında inşa edilib.“Buna görə orada yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır. Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxaracaq.

Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb oradan köçüblər.

Mən Nizami küçəsi ərazisində 600 kv-m sahəsi olan obyekt inşa etdirib, orada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq.

Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir.

Məcbur olub mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab prezident siz vətəndaşların daima qayğısına qalırsınız, sahibkarlığın inkişafına kömək olursunuz. Sizdən xahiş edirik, İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsinə göstəriş verəsiniz”.

İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı  – Sakinlərdən etiraz

İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın qohumu olduğunu bildirən Ramil Həsənov "Yeni Sabahın"redaksiyası ilə əlaqə saxlayaraq sözügedən maye qaz doldurma məntəqəsinin 1998-ci ildən fəaliyyət göstərdiyini və qeyri-qanuni iş görülmədiyini bildirib: "Şikayətdə qeyd olunanların hamısı böhtandır. Yanacaqdoldurma məntəqəsi nə sakinlər, nə də ətrafdakı obyektlər üçün təhlükə yaratmır".İcra başçısının müavini qazdoldurma məntəqəsi açdı  – Sakinlərdən etiraz


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi