cahantv.az

Son dəqiqə! Moskvada Azərbaycanlılarla Ermənilər arasında KÜTLƏVİ DAVANIN səbəbi

276 dəfə baxılıb 10-05-2017, 18:47

Son dəqiqə! Moskvada Azərbaycanlılarla Ermənilər arasında KÜTLƏVİ DAVANIN səbəbi

CahanTV.az sonxeber.az-a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi 9 may 2017-ci il tarixində Moskvada "Bessmertnıy polk" ("Ölməz alay") hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib.

Hadisə ilə əlaqədar və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb.

Eyni zamanda vurğulanır ki, səfirlik insident zamanı zərərçəkmiş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarətdə saxlayır.

Xatırladaq ki, Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb. Aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. "Belarusskaya" metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.

Aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. Belarusskaya metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi