cahantv.az

Turqut Özalın səylərinə baxmayaraq, Süleyman Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl oldu, nəticədə minlərlə azərbaycanlı ermənilər tərəfindən qətl edildi, Dağlıq Qarabağı işğal edildi

228 dəfə baxılıb 16-04-2017, 16:27

Turqut Özalın səylərinə baxmayaraq, Süleyman Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl oldu, nəticədə minlərlə azərbaycanlı ermənilər tərəfindən qətl edildi, Dağlıq Qarabağı işğal edildi

90-cı illərin əvvəllərində ermənilər Qarabağda bir-birinin ardınca Azərbaycan kəndlərini və şəhərlərini işğal edəndə, dinc əhaliyə qarşı qətliamlar törədəndə Türkiyənin Bakıya hərbi yardım göstərməməsinin səbəbi prezident Turqut Özalla baş nazir Süleyman Dəmirəl arasında çəkişmələr olub.

CahanTV.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin ahaber.com.tr saytı (eyni adlı telekanalın saytı – red.) yazır.

Sayt Türkiyədə sabah keçiriləcək referendumda seçicilərin nədən ölkənin prezident üsul-idarəçiliyinə keçməsinə səs verməli olduqlarını əsaslandıraraq, keçmişdə siyasi liderlər və koalision hökumətlər daxilindəki çəkişmələri xatırladır. Bildirilir ki, 1992-ci ildə yenidən siyasət səhnəsinə qayıdan Süleyman Dəmirəl seçkilərdəki ən böyük rəqibi Turqut Özala qarşı intriqa aparırdı. Onların arasındakı çəkişmələr üzündən iqtisadiyyata dair kritik qərarlar verilməyib, təyinatlar gecikdirilib, ölkənin maliyyə sistemi çöküb.

“8-ci prezident Turqut Özalla baş nazir Dəmirəl arasında çəkişmələr Azərbaycan və Ermənistan arasında müharibə zamanı da özünü göstərdi. Özalın bütün səylərinə baxmayaraq, Dəmirəl Azərbaycana dəstək verilməsinə əngəl oldu, nəticədə, minlərlə azərbaycanlı ermənilər tərəfindən qətl edildi. Ermənistan qətliamların ardınca Dağlıq Qarabağı işğal etdi”, - sayt yazır.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi