cahantv.az

IRAN MƏTBUATINDA SENSASİYA-Xomeyninin Yerini Azərbaycanlı Siyasətçiyə Verdilər

2 839 dəfə baxılıb 20-06-2019, 16:11

IRAN  MƏTBUATINDA SENSASİYA-Xomeyninin Yerini Azərbaycanlı Siyasətçiyə Verdilər
İran qəzetlərinin oxucuları İranın dövrü mətbuatında fərqli mənzərəynən qarşılaşıblar.Belə ki,həmişə qəzetlərin ilk səhifəsində İranın dini və dövlət rəhbərlərinin şəklini görməyə adət edən oxucular bu dəfə qəzetlərinin ilk səhifəsində iran stilinə uyğun olmayan geyimli gənc bir oğlanın şəkilini gördükdə mat qalıblar.Təkcə oxucular yox İranın ənənəvi mətbuatına dərindən bələd olan İranlı jurnalistlərdə otruşmuş iran mətbuatında baş verən bu təzadlı hadisəyə təccüblərini gizlətməyiblər.Bəli bizə adi görünən bu məsələ İranda hadisə sayılır.İllah da ki,bu cavan oğlanın Azərbaycanlı olduğunu bilən İranlılar üçün...
-Və qeyd edək ki şəkili İran qəzetlərinin ilk səhifəsində dərc edilən və İran ictimayyətini sirkələyən o cavan oğlan Azərbaycan əsilli Russiyalı siyasətçi Ramin Qasımovdur.Onun Tehran seferi İran üçün o qədər böyük əhəmiyyət kəsb edir ki,mühafisəkar İran rejimi uzun illərdən bəri formalaşdırdıqı qaydaların pozulmasınında fərqində deyil.
Səfərin məqsədi
Məlum olduğu kimi Azərbaycanın prezidenti İlham Əliyevin təşəbbüsi ilə gerçəkləşməkdə olan ""Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması üçün İran,Russiya,Azərbaycan dövlətləri arasında intensiv danışıqlar gedir. Məhz buna görə də İyunun 16-da Tehran Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İran-Rusiya Komissiyasının 15-ci iclası və "İran və Rusiya Federasiyasının Şimali Qafqaz Federal Bölgəsi" adlı ikinci konfransı keçirilb.
İranın nüfuzlu" İRAN "qəzeti konfransla bağlı dərc etdiyi baş məqaləsində yazır:
"Özəl və dövlət sektorlarından 300-dən çox fəalın iştirak iləı ticarət və iqtisadi əməkdaşlıq üzrə məsləhətləşmələr üçün nümayyəndələr İrana gəldi. Nəticə yaxşı və sevindirici oldui: Söhbət 20.000 hektar Qafqaz torpaqlarının əkinçilik üçün, 800-dən çox mal üçün gömrük tariflərinin azaldılmasından gedir. Rusiya-Türkiyə və Rusiya-İran əlaqələri üzrə ekspert və Russiya Dövlət Dumasının nümayyəndəsi Ramin Qasımov İran və Rusiya arasında bu əməkdaşlığın perspektivlərini müzakirə edib. Siyasi Araşdırmalar Universitetinin baş direktoru Iranda olmalarından bəhs edərək, "İranı təhlükəsiz bir ölkə hesab edirik və biz investisiya və ticarətdə birgə əməkdaşlıqda maraqlıyıq"-deyib Rusiya Federasiyası Dövlət Dumasının səlahiyyətli nümayyəndəsi Ramin Qasımov aşağıdakı sualları cavablandırıb:
- Rusiya parlamenti İrana qarşı ABŞ-ın sanksiyaları barədə nə düşünür? Bu sanksiya iki ölkə arasındakı əlaqəni zəiflədirmi?
- Bizim hörmətli Prezidentimiz cənab Vladimir Vladimiroviç Putin dəfələrlə bu sanksiyaların həm ölkəmizə, həm də əlbətdə ki, Rusiyanın İranla münasibətlərinə az təsir göstərdiyini bildirmişdir. Biz də bilirik ki, həmişə olduğu kimi bu sanksiyalar müvəqqətidir və digər ölkələrin istəkləri ilə icad edilən sanksiyalar yerinə yetirilməyəcəkdir. Hər iki ölkə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
- Rusiya Fars körfəzindəki son hadisələri necə müzakirə edir?
- Sadəlövh hadisələr Fars körfəzində baş verib, lakin Rusiyada həmişə olduğu kimi, belə hallarda xüsusi araşdırmalar aparılmalıdır və hərtərəfli yoxlama olmadan şərhlər verilə bilməz. Təəssüf ki, bu gün dünya bir saxta İnternet dünyasına çevrilib və dünyanın əksər ölkələrindəki insanlar faktları daha az bilirlər və ona görə də İnternetdə yayılan yanlış məlumatlara inanırlar, amma ağıllı prezidentimiz və siyasətçilərimiz savadlı və kifayyət qədər ağıllıdırlar, öz tarixini və digər ölkələrin tarxini gözəl bilirlər ona görə də reallıq olmadan qərar vermirlər.
- Şimal-Cənub nəqliyyat dəhlizini necə qiymətləndirirsiniz?
- Hər şeydən əvvəl qeyd etmək istərdim ki, bu layihəni yaratmaq qərarına gəldikdə, çoxu bu layihənin mümkün olacağına inanmırdılar, amma Rusiya Prezidenti cənab Putin , Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və İran Prezidenti cənab Ruhani, bu layihənin tezliklə gerçəkləşməsinə nail oldular. Bu nəqliyyat dəhlizinin bir çox üstünlüyü var, məsələn, məsafələr 2 dəfə azalır bu da o deməkdir ki, daşınmaya çəkilən xərclərdə 2 dəfə azalır. Şimal-Cənub dəhlizinin üstünlükləri yalnız Rusiya, Azərbaycan və İrana üçün deyil ,bu lahiyə həm də Avropanın və Asiyanın ticarətinə təsir göstərir.
- Rusiyanın özəl sektoru İranla əməkdaşlığı möhkəmləndirmək istəyirmi?
- Bəli. Burada təmsil olunan Rusiyanın ticarət, sənaye və siyasi nümayəndələrinə diqqət yetirin. Bu, Rusiyanın İranla əməkdaşlığa böyük maraq göstərdiyini göstərir. Biz qonşu ölkələrik, ölkələrimizin də min illik tarixi var. Əsrlər boyu bir-birimizlə dostlaşdıq və ticarət etdik. Biz bu ərazidə necə yaşamağımızın və bir-birimizlə ünsiyyət qurmanın ən yaxşı yollarını bilirik. Yəni, heç kim bizim işlərə qarışmamalıdır.
Müsahibənin sonunda cənab Ramin Qasımov forumun yüksək səviyyədə təşkil olunmasına və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə böyük diqqət göstərdiyinə görə İran dövlətinə təşəkkür etdi.
 Reportyor: Atia Labave
Tərcümə: Sufi Nafis"


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi