cahantv.az

Prezident Sərəncam imzalayıb-Çıraqqal Bərpa Ediləcək

178 dəfə baxılıb 24-03-2019, 12:32

Prezident Sərəncam imzalayıb-Çıraqqal Bərpa Ediləcək

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq.

CahanTV.az xəbər verir ki,bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə 2 milyon manat ayrıldı. Bərpa-konservasiya işləri ilə bağlı sənədlər, layihə-smeta hazırdır və ekspertizadan keçib. May ayının sonları, iyun ayının əvvəlində işlərə start veriləcək".

Dövlət Xidmətinin mətbuat katibi bildirib ki, hazırda bu işlərin görülməsi ilə bağlı tender elanı hazırlanır: "Tenderin nəticəsinə əsasən bərpa işlərinin yerli, yaxud xarici mütəxəssislər tərəfindən görüləcəyi məlum olacaq".

F.Hüseynov əlavə edib ki, Çıraqqalanın bərpası üzrə işlər bir ildən tez yekunlaşmayacaq: "Həm də nəzərə almaq lazımdır ki, abidə mürəkkəb relyefdə yerləşir".

Qeyd edək ki, martın 13-də Prezident İlham Əliyev Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 milyon manat ayrılıb.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi