cahantv.az

Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb (FOTO)

216 dəfə baxılıb 14-02-2019, 16:59

Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu və TİKA-nın dəstəyi ilə fevralın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçirilib.

CahanTV.az-ın məlumatına görə, tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq deyib: “Bəxtiyar Vahabzadənin vəfatından 10 il keçir, onun bu on illikdə yeri çox görünür. O, xoşbəxt şair idi. Onilliklər keçsə də o, hər zaman yaddaşlarda yaşayacaq".

TİKA-nın Bakı üzrə əlaqələndiricisi Teoman Tiryaki isə Bəxtiyar Vahabzadənin istiqlal şairi olduğunu bildirib.

Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışında Xalq şairi haqqında öz düşüncələrini bölüşüb. O, Bəxtiyar Vahabzadənin yaradıcılığında dilimizin zənginliyinin qorunub saxlanıldığını vurğulayıb.

Tədbirdə Xalq şairinin “Əlvida” şeirini səsləndirdiyi lent yazısı təqdim olunub.

Sonra Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadənin yaradıcılığına nəzər salıb.

Ədəbi-bədii gecə “Özümüzü kəsən qılınc” əsərinin nümayişi ilə davam edib.

Gecədə Xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi