cahantv.az

Bir çox ekran əsərinin çəkiliş meydançasına çevrilən İçərişəhər bu gün...

182 dəfə baxılıb 9-01-2019, 08:24

Bir çox ekran əsərinin çəkiliş meydançasına çevrilən İçərişəhər bu gün...

Əsrlərin xatirəsini özündə yaşadan İçərişəhərin təkrarolunmaz dar küçələri, özünəməxsus həyətləri, qala divarları, hamamları, məscid və karvansarayları bir çox məşhur kinofilmlərin və televiziya verilişlərinin çəkildiyi bir məkan kimi uzun illərdir istifadə olunur. Vaxtilə bir çox ekran əsərinin çəkiliş meydançasına çevrilən İçərişəhərdə bu gün də film çəkilişləri üçün müraciətlər var.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, son illərdə dünyanın bir çox məşhur film festivallarında nümayiş olunan “Əli və Nino” və “İçərişəhər” bədii filmləri məhz İçərişəhərdə çəkilib. Görkəmli yazıçı Mircəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında ssenariləşdirilmiş film, “ARB Aran” Media Şirkətinin “Aran Film” studiyası tərəfindən ekranlaşdırılmış “Yalnış anlama” filmi son bir ildə İçərişəhərdə çəkilmiş uğurlu filmlərdəndir. Bundan başqa, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən Azərbaycan tarixi və mədəniyyətinin görkəmli şəxsiyyətləri haqqında davamlı olaraq sənədli filmlər çəkilir. Son bir il ərzində bu silsilədən İmadəddin Nəsimi, Əhməd bəy Ağaoğlu, Seyid Hüseyn, Müslüm Maqomayev, Eldəniz Zeynalov, Səkinə İsmayılova, Tofiq Quliyev, Cəmil Müfudzadə, Yusif Vəzir Çəmənzəminli və onlarla tanınmış simalara həsr edilən sənədli televiziya filmləri məhz burada ekranlaşdırılıb.

Xatırladaq ki, bədii kinoda İçərişəhər ilk dəfə 1924-cü ildə ekrana çıxan “Qız qalası əfsanəsi” filmində əksini tapıb. Təkrarolunmaz koloritə malik İçərişəhərin sirli dar küçələri, miniatür həyətləri, qala divarları hər zaman bədii, sənədli və elmi-kütləvi filmlər üçün çəkiliş meydançası olaraq əvəzedilməz məkan olub. Bu proses bu gün də davam edir.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi