cahantv.az

Həmvətənimiz Dövlət Akademik Mariya Teatrında çıxış edəcək

159 dəfə baxılıb 4-01-2019, 07:32

Həmvətənimiz Dövlət Akademik Mariya Teatrında çıxış edəcək

Yanvarın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Zoluşka” baleti nümayiş olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə Şahzadənin partiyasını Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov ifa edəcək. Baletin Mariya Teatrında Aleksey Ratmanskinin xoreoqrafiyasında premyerası 2002-ci ildə olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi