cahantv.az

Bakıda Qəhvə və Çay festivalı keçiriləcək

266 dəfə baxılıb 3-01-2019, 07:59

Bakıda Qəhvə və Çay festivalı keçiriləcək
Yanvarın 11-dən 13-dək paytaxtda ilin çoxdan gözlənilən ən böyük tədbiri - “Bakı Qəhvə və Çay Festivalı” (“Baku Coffee & Tea Festival”) baş tutacaq.

AZƏRTAC festivalın rəsmi səhifəsinə istinadla xəbər verir ki, üçgünlük festival çərçivəsində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.

Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək “World Barista Championship” (“Dünya Barista Çempionatı”) təmsil edəcək.

Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün brew bar, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi