cahantv.az

MƏDƏNİYYƏT Əməkdar artistdən AİLƏSİ ilə bağlı etiraf: "Atamın 40 mərasimindən sonra anam rəhmətə getdi, nənəmin himayəsində böyüdüm" - FOTO

781 dəfə baxılıb 21-09-2017, 03:49

MƏDƏNİYYƏT Əməkdar artistdən AİLƏSİ ilə bağlı etiraf: "Atamın 40 mərasimindən sonra anam rəhmətə getdi, nənəmin himayəsində böyüdüm" - FOTO


Əməkdar artist Rəhman Rəhmanovun Milli.Az-a müsahibəsi.

- Rəhman müəllim, uşaqlara xidmət etmək hər bir aktyorun işi deyil. Uzun illərdir Kukla teatrında çalışırsız. İşinizdən zövq alırsınız?

- Əlbəttə ki, işimdən zövq alıram. Artıq 40 ildir ki, Kukla Teatrında çalışıram. Teatrın repertuarında olan bütün tamaşalarda demək olar ki, oynamışam. İşimi sevməsəm, ondan zövq almasam, işləyə bilmərəm. Uşaqlar böyük tamaşaçılardan çox fərqlidir. Onlar həm diqqətcildirlər, həm də uşaqları təəccübləndirmək çox çətindir. Buna görə də həmişə yenilik axtarışında oluruq.

- Uzun müddətdir ki, sizi ekran işlərində də görmürük. Film və seriallarda çəkilməməyinizin səbəbi nədir?

- Mən həmişə efirlərdə olmuşam, amma son 3 ildir ki, bir kənara çəkilmişəm. Kənara çəkilməməyimin bir səbəbi teatra bağlılığımdırsa, digər səbəbi də verilən qonorarın az olmasıdır. Dəvət edirlər, gedib çəkilirəm, qonorarı danışanda onların xoşuna gəlmir. Serial asan iş deyil, gündəlik çəkilişdə olursan, bunun yayı var, qışı var. Səhhətim də bəzən seriallarda çəkilməyimə mane olur. Bütün bu səbəblər məni seriallardan uzaqlaşdırıb.

- Bildiyimə görə sizin uşaqlığınız o qədər də yaxşı keçməyib. Uşaqlıq illərinin həsrətini yaşayırsınız?

- Düz qeyd etdiniz, uşaqlığım yaxşı keçməyib. Həsrət çəkdiyim qayğılı uşağlıq illərim, anam və atamdır. Ana sözü mənim üçün sirli məfhumdur. Mən ana görməmişəm, uşaqlığım nənəmin yanında keçib.

- Ananız erkən rəhmətə gedib, yoxsa ailədaxili problemlərə görə anasız böyüməyə məcbur olmusunuz?

- Sözün düzü bu mövzularda danışmağı xoşlamıram. Bilənlər bilir ki, mənim atamla anam 3 yaşım olanda ayrılıblar. Anam məni aylarla görə bilmirdi. Yaxın bir qonşu var idi, anam onlara gələndə onunla görüşürdüm. Anasız qalmaq, anasız yaşamaq çox çətin idi. Atamın sağlığında bunu heç vaxt ona bağışlaya bilmirdim.

- Ananızla nə vaxt yenidən qovuşdunuz?

- Atam rəhmətə gedəndə anam 7-ci günündə bizə gəldi. Təxminən atamın 40-mərasimindən sonra anam da dözə bilməyib rəhmətə getdi. Anam onu çox sevirdi, amma onlar heç cürə bir araya gələ bilmirdilər. Atam rəhmətə gedəndə fikirləşirdim ki, anam yanımdadır. Bilmirdim ki, fələk mənə qorxulu bir sürpriz hazırlayıb.

- Olmaya içinizdə olan bu ağrı-acıları gizlətmək üçün komediya aktyoru oldunuz?

- Mən içimdə olan ağrıları insanlara niyə bildirməliyəm ki? Bu şəxsən mənə məxsdur deyə heç evdə də danışmıram. Həmişə çalışmışam ki, insanların üzünə gülüş bəxş edim.

- Rəhman müəllimi biz efirdən tanıyırıq. Bəs evdə necə biridir?

- Mənə elə gəlir ki, ata-bala arasında pərdə olmalıdır. Mən övladlarımla çox pərdəliyəm. Bir sözüm olanda yoldaşıma danışıram. O mənə bu mövzularda çox yardımçı olur. Bir dostum var, həmişə mənə deyir ki, sən ailənin yükünü daşıyırsan. Ailə başçısı həmişə fədakar olur.

- Övladınız həbsxana həyatı yaşayır. Nə vaxt azadlığa çıxır?

- İnşallah, yanvar ayında azadlığa çıxacaq. Allah bütün övladların yolunu açıq etsin.

- Rəhman müəllim, bildiyim qədər sizin gözəl səsiniz də var. Müğənni olmağınıza kimlər mane oldu?

- Mən özüm həm İncəsənət gimnaziyasını bitirmişəm. Xalq artisti Telman Hacıyevdən musiqi təhsili almışam. Musiqi savadım var, bir neçə mahnı da yazmışam. Müğənni deyiləm, heç olmaq istəməmişəm də. Arada bir efirlərə çıxanda mahnılar oxuyuram. Aktyorun səsinin olması çox vacibdir. Çünki bəzən tamaşada biz mahnı da oxuyuruq. Hətta teatrda "Rəhmanın nağılı" tamaşasının musiqi tərtibatını özüm etmişəm.

- Həyatda dostlarınız çoxdur?

- Dost sözü hecaya bölünmür. Hər insana dost demirəm, dost dedimsə, deməli o insan bu sözə layiqdir. Dostlarıma qarşı vəfalıyam. İtirdiyim dostlarımın ailələri ilə dostluq edirəm.

MƏDƏNİYYƏT Əməkdar artistdən AİLƏSİ ilə bağlı etiraf: "Atamın 40 mərasimindən sonra anam rəhmətə getdi, nənəmin himayəsində böyüdüm" - FOTO
MƏDƏNİYYƏT Əməkdar artistdən AİLƏSİ ilə bağlı etiraf: "Atamın 40 mərasimindən sonra anam rəhmətə getdi, nənəmin himayəsində böyüdüm" - FOTO
MƏDƏNİYYƏT Əməkdar artistdən AİLƏSİ ilə bağlı etiraf: "Atamın 40 mərasimindən sonra anam rəhmətə getdi, nənəmin himayəsində böyüdüm" - FOTO
MƏDƏNİYYƏT Əməkdar artistdən AİLƏSİ ilə bağlı etiraf: "Atamın 40 mərasimindən sonra anam rəhmətə getdi, nənəmin himayəsində böyüdüm" - FOTO


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi