cahantv.az

Simeone "Atletiko" ilə avrokuboklarda yalnız bir komandanı uda bilməyib - "Qarabağ"

187 dəfə baxılıb 15-01-2019, 11:20

Simeone "Atletiko" ilə avrokuboklarda yalnız bir komandanı uda bilməyib - "Qarabağ"

İspaniya "Atletiko"su baş məşqçi Dieqo Simeonenin rəhbərliyi dövründə əcnəbi komandalardan yalnız "Qarabağ"ı məğlub edə bilməyib.

Cahantv.Az report-a istinadən xəbər verir ki, bu barədə "90min.com"un hazırladığı yazıda bildirilir. Qeyd olunur ki, "Atletiko" fanatları üçün ötən mövsüm Çempionlar Liqasında (ÇL) daha çox "Qarabağ"la oyunlar yadda qalıb. Qrup mərhələsindəki hər iki matçda qalib gələ bilməyən (0:0, 1:1) Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalıb. Yekunda isə bu komanda Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Dieqo Simeonenin rəhbərliyi altında "Atletiko" cəmi 4 komandanı yenməyi bacarmayıb. Digər 3 klub İspaniya təmsilçiləri "Racing" (Santander), "Malyorka" və "Jirona"dır. Bunlardan ilk 2-si hazırda aşağı liqada mübarizə aparır. Sonuncusu ilə isə ilk dövrədəki səfər qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb. "Jirona və "Atletiko" arasında İspaniya Kubokunun ilk 1/8 final matçı da eyni hesabla nəticələnib. Bu kollektivlər arasında cavab görüşü yanvarın 16-da Madriddə keçiriləcək. "Atletiko" sabahkı görüşdə qələbə qazansa, Simeonenin komandasına məğlub olmayanların sayı 3-ə enəcək.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi