cahantv.az

Şahin Diniyevin oğlu üçün “Qarabağ” dünəndə qaldı

160 dəfə baxılıb 14-01-2019, 08:54

Şahin Diniyevin oğlu üçün “Qarabağ” dünəndə qaldı

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qarabağ”da bir futbolçu ilə yollar ayrılıb.

Cahantv.az xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev “Sabah”ın düşərgəsinə qoşulub.

Onunla üç illik müqavilə bağlanılıb. Şahin Diniyevin kiçik oğlu yeni klubunda 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi “Qarabağ”la mövsümün sonunda başa çatacaqdı. 2015-ci ildən Ağdam komandasında çıxış edən Diniyev 112 matça çıxmış və beş qolla yadda qalmışdı.

Xatırladaq ki, Coşqun Diniyev karyerası ərzində “Qarabağ”dan əvvəl 2013-2015-ci illərdə “İnter”də (indiki “Keşlə” – red.) çıxış edib. O, Azərbaycan millisində səkkiz oyun keçirib.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi