cahantv.az

Şamaxıda bənd uçdu, kəndi su basdı - FOTO

236 dəfə baxılıb 14-04-2019, 22:06

Şamaxıda bənd uçdu, kəndi su basdı - FOTO
Hadisə bu gün günorta saatlarında Rayonun Acidərə kəndi yaxınlığında baş verib.

CahanTV.az -ın məlumatına görə Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb.

Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb.

Çraqlı-Acıdərə yolu sel səbəbindən bir müddət hərəkətə bağlanıb.

Göl sahibinin sözlərinə görə, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.

Göl sahibinin iddiasian görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Əraziyə nəzər saldıqda həqiqətən torpaq daşınıb, töküldüyünü görmək mümkündür.

Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. Ərazidə işləyən,Türkiyəyə məxsus yol tikintisi şirkəti arada 2000 metr məsafə olduğunu bildirərək, bu iddialarla razılaşmadığını bildirdi.
Şamaxıda bənd uçdu, kəndi su basdı - FOTO
Şamaxıda bənd uçdu, kəndi su basdı - FOTO


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi