cahantv.az

İranda zəlzələ-Əhali təşvişə düşərək mənzillərini tərk edib.

198 dəfə baxılıb 27-02-2019, 11:49

İranda zəlzələ-Əhali təşvişə düşərək mənzillərini tərk edib.
İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.

CahanTV.az-ın məlumatına görə, bunu İranın İlam vilayəti Abdanan rayonu qubernatoru Sirus Murad Hasili deyib.

M.Hasilinin sözlərinə görə, 9 km dərinlikdə baş verən zəlzələ nəticəsində mənzillərin, ticarət və dövlət idarələrinin pəncərələri qırılıb və divarlarda çatlar əmələ gəlib.

Qubernator zəlzələ ilə əlaqədar məktəblərin bağlandığını qeyd edib.

Qeyd edək ki, bu gün İran vaxtı ilə saat 9:12 radələrində İranın İlam vilayətinin Abdanan rayonunda 4,4 bal zəlzələ baş verib. Əhali təşvişə düşərək mənzilləri və obyektləri tərk edib.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi