cahantv.az

Həqiqət Abdullayevanın “Qoruyucu Mələkləri” hansı addımları atacaq ?/FOTO

1 209 dəfə baxılıb 1-02-2019, 20:10

Həqiqət Abdullayevanın “Qoruyucu Mələkləri” hansı addımları atacaq ?/FOTO
Adıyla daxilinindəki gedən proseslərlə üst-üstə düşməyən məkanlar, obyektlər, müəssisələr eşidib görmüşük. Bəs yuxarıda sadalananların sırasına tədris müəssisəsinidə əlavə etsək onda necə? Qanunlarla idarə olunan ölkədə təhsil müəssisəsi rüşvətə qucaq açarsa millətin gələcəyi acınacaqlı hala düçar olar. Məsələn Sumqayıt şəhəri 9 saylı orta məktəbi. Təhsil və tərbiyənin aşınmalı olduğu bir məktəbdə rüşvət alınarsa, özbaşınalıq, intriqa və çəkişmələr olarsa bu məktəbin artıq çirkaba bulandığını görərik, bax bu daha dəhşətli olmaqla yanaşı həmdə tükürpədicidir. Bu məktəbdə nələr baş verir ? Bu məktəbdə nələr baş vermir ki...

Mövzumuzun əsa qəhrəmanı Sumqayıt şəhəri 9 saylı məktəbin direktoru Həqiqət Abdullayevadır. 9 saylı Sumqayıt şəhər tam orta məktəbin director əvəzi olaraq təyin edilən Həqiqət Abdullayeva vəzifəsinin icrasına başladığı gündən adı məhkəmələrdə, qalmaqallarda və rüşvətlə bağlı ilginc xəbərlərdə hallanır. Tez-tez ölkə mediasında təhsillə bağlı gündəmi zəbt edən H.Abdullayeva hegemonluğu ilə bütün pedeqoji kollektivi boğaza yığıb. Bunu DogruXeber.az informasiya agentliyinin redaksiyasına ərizəylə müraciət edən həmin məktəbin müəllimələrindən eşidirik.

Hətta müəllimələrdən biri Təranə Nəsirova intihar həddinə çatdığını və dəfələrlə məktəbdə direktorla olan mübahisəsindən dolayı təcili tibbi yardımın da gəldiyini vurğulayıb. Müəllimənin redaksiyamıza müraciəti əsasında bizə məlum oldu ki, director artıq heç kəsə məhəl qoymadan onu kollektivin qarşısında, şagirdlərin və onların valideynləri qarşısında dəfələrlə təhqir edib, şəxsiyyətinə toxunub.
Ondan əlavə Təranə müəlliməyə aid olan şkafın yarılmasıyla bağlı DİN-nin 102 xidmətinə şikayət də olunub. Təhsil ocağından 102 xidmətinə şikayət olunması həmin məktəbin nüfuzuna və ümumən ölkə təhsilinə xələl gətirir. Məsələnin nə dərəcədə ciddi olduğu özünü əks etdirir. Qeyd edək ki, H.Abdullayeva ötən ilməktəbə director əvəzləyicisi kimi təyin olunsa da özünü director hesab edir, sanki tədris müəssisəsinin deyil, hər hansı bir özəl obyektin müdiri kimi rəftar edir. Istədiyi adamı işə götürür, istədiyi adamı da işdən azad edir. Onun göstərişlərinə və özü tərəfindən tərtib olunan qaydalara əməl etməyənlər bir növ qara siyahıya düşmüş olur. Mənbədən bizə bildirilən informasiyaya əsasən director əvəzedici məktəbə Yeganə Hüseynova adlı müəllimi işə götürüb. Təhsil nazirliyinə vakansiya yerlərinin olduğunu bildirmədən işə qəbulu həyata keçirib. Müəlliməyə 30 saat dərs yükü verəcəyini vəd edən H.Abdullayeva ondan işə götürmək qarşılığında 1000 manat “şirinlik” pulu alıb. Bəli, buna rüşvət deyilməz, axı bu sadəcə “şirinlik” puludur el arasında. Nazirlikdən nə üçün vakansiya tələb etməməsi indi daha aydın şəkildə məlumdur.

Bununla hələ hər şey yekunlaşmır. Məktəbin əsas rus dili müəllimi olan Abdullayev Vüqar xəstəliyi və müalicəsi səbəbindən məktəbə gəlmədiyini görən direktorəvəzedicisi boş qalan dərslərin də saatlarını Yeganə müəlliməyə yükləyib, özü də təmənnasız. Iki ay dərsləri öz üzərinə götürən müəllimə sonardan yorulduğunu H.Abdullayevaya bildirdikdə dekabr ayının 1-də İlhamə adlı müəllimə Vüqar bəyin dərslərini onunla birgə əvəz edəcəyini director deyib. Lakin işə götürülən müəllimə son ayda Həqiqət müəllimənin “qara siyahı” sına düşüb, beləki Yeganə müəlliməyə yazılan 30 saat əlavə dərsin pulunu (200AZN) director ondan tələb edib.
Çəkdiyi əziyyətin pulunu vermək istəməyən müəllimə onun maaşından bu məbləğin çıxılacağını və bu məsələylə bağlı Maliyyə İdarəsinin müdri Elxan müəllimin şəxsən məşğul olacağı ilə hədələyib. Məsələnin maraqlı tərəfi burasındadır ki, Vüqar müəllimin 2 ay dərslərinin əvəzolunması rəsmi olaraq qeydə alınmayıb. Üstəlik Vüqar müəllimin 2 ay müddətində hesabına dövlət büdcəsindən maaş da köçürüldüyü məlum olub. Sual yaranır: bəs bu iki ayın maaşı dövlət büdcəsindən ayrılaraq kimlərin ciblərinə gedib? Hər hansı bir müəllimə boş qalan dərslərin əvəzolunması qarşılığında maaş verilməsi inandırıcı görünmür. Çünki əksinə müəllimlərin əlavə dərs yükləri üçün hesablarına köçürülən məbləği belə H.Abdullayeva onlardan tələb edir.

Sumqayıtşəhəri 9 saylı məktəbin direktorəvəzedicisi H.Abdullayeva şahlıq taxtında öz fərmanlarını verir, öz şəxsi büdcəsini (xəzinəsini) zənginləşdirməklə məşğul olur. Onun qarşısını pedaqoji kollektiv heç cür ala bilmir. Lakin dəfələrlə Həqiqət xanım haqqında aidiyyatı qurumlara müraciət olunsa da bunun heç bir faydası olmayıb. Belə nəticəyə gəlirik ki, həmin direktorəvəzedicini hansısa gözə görünməz qüvvələr mühafizə edir. Bunu Həqiqət xanım özüdə fəxrlə kollektiv qarşısında dəfələrlə vurğulayıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən Ali orqan tərəfindən Teymur Səmədova müdafiəsinin tapşırıldığını dəfələrlə deyən director yüksək vəzifəli birinin şəxsi otağın iki üzü və toxunan barmaqlar hekayəsini xüsusilə vurğulayıb.

Redaksiyamıza müraciətçilərin qeyd etdiyinə əsasən director hər ay müəllimlərdən 15 manat fond pulu və dəfələrlə məktəbin təmiri üçün 50 manat pul yığmışdır. Bir neçə il öncə Təhsil Nazirliyinin qərarına əsasən məktəbdə fond pulu yığılmasının ləğvi ilə bağlı qərar verilsədə görünür Sumqayıt şəhəri 9 saylı məktəbə bu qərar aid deyilmiş. Üstəlik məktəblərin təmiri üçün nazirlik büdcədən vəsait ayırırsa müəllimlərdən təmir üçün yığılan pulları Həqiqət xanım hara sərf edir?
Məktəb adıyla yığılan pullar bir yana, hətta director Sumqayıt şəhərində yerləşən 19-cu məhəllənin iki blokunun da təmiri üçün müəllimlərdən 50 manat pul almışdır. Bunun hansı məntiqə əsasən etdiyini izahı çox maraqlıdır.
Rəngarəng qanun pozuntuları sırasına X-XI sinif şagirdlərinin davamiyyətini də əlavə etmək olar. Deməli “ölücanlar” adlandırılan şagirdlər demək olar ki, məktəbə ümumiyyətlə gəlmirlər. hətta onların davamiyyətinə nəzər saldıqda birdənə də olsa qayıb yazılmadığını görərik. Hüseynova Yeganə xanım redaksiyamıza müraciətində qeyd edir ki, həmin şagirdlərə qayıb yazmamağı Rövşən adlı müəllim ondan xahiş edib. Səbəb soruşduqda isə H.Abdullayevanın bu məsələdən şəxsən xəbərdar olduğunu vurğulayıb. Etibarlı mənbədən aldığımız məlumata əsasən director həmin şagirdləri aylığa buraxıb.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən ötən günlərdə Sumqayıt şəhər təhsil şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbdə yoxlamalar aparılıb. Müraciətdə qeyd olunan neqativ hallar öz əksini tapıb. Beləki, mənbə bildiri ki, araşdırma zamanı aşkar olunan faktların hər biri aktlaşdırılıb, müəmmalı səbəblərdən isə həmin aktlar Təhsil Nazirliyinin daxili nəzarət komissiyasına göndərilməyib. Sumqayıt Təhsil Şöbəsində aktlaşdırılan faktların Təhsil Nazirliyinin nəzarət komissiyasına göndərilməməsi hansı ali orqanın marağındadır? Sumqayıt Şəhər İcra Başçısının müavini Teymur Səmədov şikayətçilərlə görüş zamanı xoş davranışı, istehzalı gülüşüylə sanki bu qalmaqalın sonunun necə yekunlaşacağından xəbər verir. Mülayim formada şikayətçilərdən ərizələrinin geri götürülməsini istəməsi onu sübut edir ki, məktəb direktorunun çəkinmədən etiraf edərək söykəndiyi dağ güvəncli dağdır.Vəzifəli şəxsin maraqları səbəbindən təhsildə özbaşınalıq edən birinin himayə olunması təhsilimizə ciddi zərbə vurmaqla yanaşı həmdə xələl gətirir. Xülasə hansısa macəranın təhsili məhv edən təsirləri !

Bir sözlə desək məktəbdə o qədər hadisələr baş verib ki, hardan başlayıb hardan qurtaracağıq bilmirik. Odur ki,möcüzələrlə dolu olan Sumqayıt Şəhər 9 saylı tam orta məktəbdə baş vermiş hadisələr və “şok” edən faktlarla sizləri tanış edəcəyik. Bizi izləyin…
Ardı var..Həqiqət Abdullayevanın “Qoruyucu Mələkləri” hansı addımları atacaq ?/FOTO
Həqiqət Abdullayevanın “Qoruyucu Mələkləri” hansı addımları atacaq ?/FOTO
Həqiqət Abdullayevanın “Qoruyucu Mələkləri” hansı addımları atacaq ?/FOTO
Həqiqət Abdullayevanın “Qoruyucu Mələkləri” hansı addımları atacaq ?/FOTO


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi