cahantv.az

Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı...

1 144 dəfə baxılıb 17-01-2019, 13:40

Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı...
Saat 10.30-a olan məlumata əsasən, Xəzər dənizi akvatoriyasında "Günəşli”yatağı ətrafına dalğanın hündürlüyü 6,2 metrə qədər yüksəlib.

CahanTV/az xəbər verir ki, bunu mətbuata açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Gecə saatlarından başlayaraq səhərə qədər Abşeron yarımadasında küləyin sürəti saniyədə 30-35 metr təşkil edib. Gün ərzində şiddətli külək davam edəcək:

"Bu prosesin ən kəskin dövrü günün ikinci yarısı və axşam saatlarında müşahidə olunacaq. Xəbərdarlığımı öz qüvvəsindədir. Küləyin maksimal surətinin Xəzər dənizi akvatoriyasında saniyədə 40 metrə çatacağı gözlənilir, dalğanın hündürlüyünün 8 metr və daha çox ola bilər. Yanvarın 18-də günorta saatlarından başlayaraq artıq yağıntılar kəsiləcək, külək tədricən səngiyəcək. Ancaq dəniz akvatoriyasında yüksək dalğa davam edəcək. Buna görə də dəniz akvatoriyasında qasırğa xəbərdarlığı daha iki gün davam edəcək”.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi