cahantv.az

DİQQƏT: Bu cür dərmanları almayın! - VİDEO - FOTO

249 dəfə baxılıb 7-12-2018, 12:06

DİQQƏT: Bu cür dərmanları almayın! - VİDEO - FOTO

Apteklərdən dərman alarkən onların içlik kağızının olub-olmamasına elə də diqqət etmirik. Ya da bir çox insan həkiminə inanaraq resepti əsasında aldıqları dərmanların içliyini oxumur, ya da oxuya bilmir.

Cahantv.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "O qədər xırda yazılır ki, oxumaq mümkün olmur".

Həkim reseptdə xəstənin dərmanı yeməkdən sonra udmalı olduğunu yazır, dərmanın içlik kağızında isə onun yemək yeməmişdən əvvəl qəbul edilməli olduğu qeyd olunur. Bu vəziyyət isə xəstələri çaş-baş salır.

Həkimlər xəstələrin dərmanları içlik kağızlarında yazılanlara görə yox, həkim reseptinə uyğun qəbul etməli olduqlarını bildirirlər.

Ruslan Qüdrətov - Həkim: "Həkim pasientin digər xəstəliklərini bilir və ona uyğun yazır, dərman kağızında yazılanlar isə yox".

Hər bir pasiyent qəbul edəcəyi dərmanın tərkibi, istifadə qaydaları, əks təsirləri kimi informasiyanı içlik kağızından almalıdır. Ona görə də qutusunda Azərbaycan dilində yazılmış içlik vərəqəsi olmayan dərmanların satışa çıxarılması qadağandır.

Məsələ təkcə içlik vərəqəsinin olması ilə də bitmir. Həmin kağızlardakı informasiya aydın şəkildə, tibb təhsili olmayan alıcıların belə anlaması üçün sadə formada yazılmalıdır.

İstənilən vətəndaşın hər hansı bir preparatla bağlı sualları olarsa, şübhələri yaranarsa, Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin "Qaynar xətt" xidmətinin nömrələrinə zəng vura bilərlər. Bu xidmətə daxil olan dərman preparatları ilə bağlı şikayətlər araşdırılır və lazımi tədbirlər görülür.




DİQQƏT: Bu cür dərmanları almayın! - VİDEO - FOTO
DİQQƏT: Bu cür dərmanları almayın! - VİDEO - FOTO
DİQQƏT: Bu cür dərmanları almayın! - VİDEO - FOTO


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi