cahantv.az

GÜRCÜ LARİSİ REKORD SƏVİYYƏDƏ UCUZLAŞDI

1 374 dəfə baxılıb 25-06-2019, 23:07

GÜRCÜ LARİSİ REKORD SƏVİYYƏDƏ UCUZLAŞDI
Gürcüstan Milli Bankı iyunun 25-də Gürcüstanın milli valyutasının rəsmi məzənnəsini təyin edib. Gürcü pulu tarixində ən aşağı səviyyəyə çatıb- 1 dollar 2,82 lari.

CahanTV.az RİA Novosti -yə istinadla xəbər verir ki,Gürcüstanın İqtisadi İşlər Nazirliyinin rəhbəri Natia Turnava milli valyutanın məzənnəsinin birdən-birə azalmasını Rusiyanın hava trafikinə tətbiq etdiyi məhdudiyyətlər ilə əlaqələndirməyib.

Qeyd edək ki,uzun illər ərzində lari dollara nisbətdə 2.68-2.70 səviyyəsində dəyişb. Bir neçə gün əvvəl isə lari düşməyə başladı və çərşənbə axşamı günü 2.82 səviyyəsinə çatdı.

Gürcüstan Milli Bankının məlumatına görə, milli valyuta belə bir səviyyəyə çatmamışdır.Larinin birdən birə belə ucuzlaşmasının səbəbi məlum deyil.
Natia Turnava makroiqtisadi parametrlərin sabit olduğunu bildirib. Gürcüstan İqtisadiyyat Nazirinin sözlərinə görə, turizmlə bağlı məhdudiyyətlər lari nisbətinə hələ təsir göstərə bilməz. "Biz bazarı təsirsiz hala gətirmək üçün çalışırıq" deyib Turnava.
Gürcüstanın bir sıra mətbuat orqanları larinin turizm sektorundakı problemlər səbəbindən ucuzlaşaraq iqtisadiyyatı çətin vəziyyətə gətirib çıxardığını bildirib.
Xatırlladaq ki,Rusiya prezidenti Vladimir Putin iyunun 21-də Rusiya aviaşirkətlərini Rusiyadan Gürcüstana gedən sərnişinlərin hava daşımalarını qadağan edən fərman imzalayıb. Həmçinin səyahət operatorlarına və agentlıklərə biletləri satmaq tövsiyə edilmir.
Daha əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyadan Gürcüstana yola çıxmaqın qadağan edilməyəcəyini və Rusiyanın təhlükəsizliyini təmin etmək lazım olduğuna görə məhdudlaşdırıcı tədbirlərin görüldüyünü bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi