cahantv.az

"Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq"

1 026 dəfə baxılıb 16-01-2019, 11:23

"Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin mövqeyindən deyil, yalnız Ermənistanın mövqeyindən çıxış edərək aparacaq və bu prinsipə sadiqdir.

Cahantv.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Ruben Rubinyan deyib.

O bildirib ki, daha əvvəl Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmaqdadır:

"Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ ondan ibarət idi ki, təmas xəttində tərəflər arasında silahlı toqquşmalar aradan qaldırılsın və bu ünsiyyət nəticəsində Yerevanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi".

Bununla belə, deputat ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun N.Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın danışıqlarda ciddi güzəştlərə getməli olduğu barədə açıqlamasını şərh etməkdən imtina edib.


OXŞAR XƏBƏRLƏR
YAZARLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MÜSAHİBƏ
ŞOU
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi