cahantv.az

SON DƏQİQƏ

Erməni müxalifət lideri: "Yerevanda fəaliyyət iflic olmalıdır ki, Sarkisyan…"

20-04-2018, 16:30 | Oxunub: 286

Erməni müxalifət lideri: "Yerevanda fəaliyyət iflic olmalıdır ki, Sarkisyan…"
Yerevanda etirazların təşkilatçısı, millət vəkili Nikol Paşinyan Facebook-da şəhər sakinlərinə müraciət edib. O deyib ki, şəhərdə fəaliyyət "iflic olmalıdır ki, Serj Sarkisyan, idarə edəcəyi ölkə, vətəndaş olmadığını görsün.

CahanTV.az xəbər verir ki, səhər tezdən etirazçılar yük maşınları ilə yolları bağlayırlar.

Ölkənin yeni prezidenti Armen Sarkisyan Serj Sarkisyanın baş nazirliyinə etiraz edənləri dialoqa çağırıb.

Nikol Paşinyan dialoq təklifini rədd edib, o deyib ki, hələ Armen Sarkisyan "vəzifəyə gəldiyinin qanuniliyini sübut etsin, sənəd təqdim etsin ki, azı 6 il Britaniya vətəndaşı deyil",

O qeyd edir ki, Ermənistan Konstitusiyasına görə, prezidentliyə namizəd son 6 ili ölkədə yaşamış Ermənistan vətəndaşı olmalıdır.

Nikol Paşinyanın çağırışı ilə bəzi idarə və məktəblərdə Serj Sarkisyanın səkilləri divardan qoparılır: "Dünən tutulub polis idarəsinə aparılan fəallardan biri polis kabinetində tək qalanda divardan Sarkisyanın şəklini qopararaq pəncərədən çölə atıb".

Polis hər gün tədbirlərin qanun çərçivəsindən çıxdığına dair, artıq konkret təşkilatçılara xəbərdarlıq elan edir. "Bu, o deməkdir ki, hakimiyyət sərt tədbirlərə hazırlaşır, lakin hələ risk etmir. Nüfuzlu beynəlxalq təşkilatlar müxalifəti və hakimiyyət orqanlarını insan haqlarına əməl etməyə çağırır",

Məlumatlara görə aksiyalara xaricdəki erməni diasporasından da dəstəklər gəlir
19 aprel. Millət vəkili Nikol Paşinyan, tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırır.
Artıq 8-ci gündür ki, Ermənistan paytaxtında keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz aksiyası keçirilir.

Etiraz aksiyaları "Addım at, yox de Serjə" şüarı altında keçir.

Polisin bəyanatında deyilir ki, Nikol Paşinyanın təşkil etdiyi "aksiyalarının böyük hissəsi Ermənistan Respublikası sərbəst toplaşmaq azadlıqları haqqında qanununa ziddir və cinayət əlamətləri ehtiva edir".

Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir.

Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA