Siyasət

4 gün sonra Milli Məclisin iclasıdır – Yaşı 65-i keçən deputatlar sual qarşısında

Milli Məclisin növbəti plenar iclası martın 30-da keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasdan öncə martın 27-də deputatlar test yoxlanışından keçəcək.

İclasın gündəliyində hansı məsələlərin müzakirə ediləcəyi hələlik məlum deyil. Hazırda ictimaiyyəti maraqlandıran əsas məsələ yaşı 65-dən yuxarı olan deputatların iclasda iştirak edib-etməməsidir.

Bildirək ki, Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilib.

Deputat Fəzail Ağamalı “Qafqazinfo”ya bildirib ki, əgər imkan yaradılarsa, iclasda iştirak etmək fikri var: “Ancaq bilirsiniz ki, hazırda bununla bağlı qadağa var. Biz təkliflərimizi onlayn da verə bilərik. İstənilən halda yaşı 65-dən çox olan deputatların sayı Milli Məclisdə çoxluq təşkil etmir. Biz iştirak

Bu şəxslərə maaşlarının 5 misli veriləcək – Qərar

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib.

Müstəqil.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhl

Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları… – ADLAR

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Müstəqil.Az “oxu.az”a istinadən xəbər verir ki, iclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarının siyahısını təqdim edirik:

Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var.

Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub.

İsa Həbibbəylinin 71, Eldar İbrahi