Dünya

BMT-dən xəbərdarlıq: Milyonlarla insan məhv olacaq…

Koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir.

Müstəqil.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Əgər ölkələr işbirliyi qurmasalar və tədbir görməsələr, milyonlarla insan həlak olacaq. Hazırda dünya koronavirusla mübarizədə çox asta hərəkət edir. Amma indi kimisə ittiham etməyin məqamı deyil. Qarşısını ala bilməsək, bu virus milyonlara insana yoluxacaq və onların həyatına son qoyacaq”, – Quterreş bildirib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş koronavirusdan dolayı planetin bütün ərazisində savaş və qarşıdurmaların dərhal və tam şəkildə dayandırılması üçün çağırış edib.

 

Avropanı gözləyən əsas təhlükə

Əgər Avropa ölkələri tibb mərkəzlərinin sayını artırmasa və koronavirusun qarşısını almasa, aprelin ortalarında xəstəxana çatışmazlığı yaşayacaqlar.

Müstəqil.az xəbər verir ki, bu barədə Avropa Xəstəlikləri Qabaqlama və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

“Bu virus Avropada sürətlə yayılır. Əgər bu templə davam etsə, növbəti həftə Avropa ölkələrinin tibb sistemi ciddi böhran yaşayacaq”, – məlumatda bildirilib.

Mərkəz sözügedən ölkələrdə 200 mindən çox insanın bu virusa yoluxduğunu vurğulayıb.(axar.az)

 

İtaliyada koronavirusu yayan şəxs bəlli oldu – QORXUNC DETALLAR

İtaliyada koronavirusa yoluxan ilk şəxsin kimliyi bəlli olub.

Müstəqil.az-ın xəbərinə görə, 38 yaşlı Mattia 1 aylıq müalicədən sonra evə buraxılıb.

Koronavirusun ən çox yayıldığı Lombardiya vilayətindən olan Mattia səs qeydi vasitəsilə insanları evlərindən çıxmamağa çağırıb:

“Mənə 18 gün reanimasiyada qaldığımı dedilər. Sonra yoluxucu xəstəliklər şöbəsində müalicə aldım və burada əsl dünya ilə ilk əlaqə qurmağa başladım. Orada dünyada ən sadə, lakin ən gözəl şey olan nəfəs almağa başladım. Çox şanslı idim, çünki müalicənin effekti oldu. Ancaq xəstələnərkən dərman, həkim qıtlığı yarana bilər. Bu baxımdan tədbirli davranmağa çalışın. Tək istəyim yaxınımın övladının dünyaya gəlməsini görməkdir”.

Fevralın 20-də reanimasiyaya yerləşdirilən Mattianın virusu əksər insanlara yaymasına səbəb isə vaxtında testdən keçi