gunaynovruz

İtaliyada koronavirusu yayan şəxs bəlli oldu – QORXUNC DETALLAR

İtaliyada koronavirusa yoluxan ilk şəxsin kimliyi bəlli olub.

Müstəqil.az-ın xəbərinə görə, 38 yaşlı Mattia 1 aylıq müalicədən sonra evə buraxılıb.

Koronavirusun ən çox yayıldığı Lombardiya vilayətindən olan Mattia səs qeydi vasitəsilə insanları evlərindən çıxmamağa çağırıb:

“Mənə 18 gün reanimasiyada qaldığımı dedilər. Sonra yoluxucu xəstəliklər şöbəsində müalicə aldım və burada əsl dünya ilə ilk əlaqə qurmağa başladım. Orada dünyada ən sadə, lakin ən gözəl şey olan nəfəs almağa başladım. Çox şanslı idim, çünki müalicənin effekti oldu. Ancaq xəstələnərkən dərman, həkim qıtlığı yarana bilər. Bu baxımdan tədbirli davranmağa çalışın. Tək istəyim yaxınımın övladının dünyaya gəlməsini görməkdir”.

Fevralın 20-də reanimasiyaya yerləşdirilən Mattianın virusu əksər insanlara yaymasına səbəb isə vaxtında testdən keçi

Azərbaycanda bu sahədə çalışanların maaşları artırılacaq

Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində çalışan işçilərin maaşları artırılacaq.

Müstəqil.AZ “Report”-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum mənzil-kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və bu sahədə çalışan işçilərin maaşlarının ölkə üzrə ortaaylıq əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdirmək öhdəliyi götürüb.

Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları… – ADLAR

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Müstəqil.Az “oxu.az”a istinadən xəbər verir ki, iclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub.

İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarının siyahısını təqdim edirik:

Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var.

Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub.

İsa Həbibbəylinin 71, Eldar İbrahi