gunaynovruz

Ali məktəblərə sənəd qəbulu təxirə salındı

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Türkiyədə koronavirusdan ölən qızın paylaşımları diqqət çəkdi

Türkiyədə koronavirusun qurbanlarından biri 33 yaşlı Dilek Tahtalı olub.  “Müstəqil.AZ” “Hürriyyet”ə istinadən xəbər verir ki,…

4 gün sonra Milli Məclisin iclasıdır – Yaşı 65-i keçən deputatlar sual qarşısında

Milli Məclisin növbəti plenar iclası martın 30-da keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasdan öncə martın 27-də deputatlar test yoxlanışından keçəcək.

İclasın gündəliyində hansı məsələlərin müzakirə ediləcəyi hələlik məlum deyil. Hazırda ictimaiyyəti maraqlandıran əsas məsələ yaşı 65-dən yuxarı olan deputatların iclasda iştirak edib-etməməsidir.

Bildirək ki, Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilib.

Deputat Fəzail Ağamalı “Qafqazinfo”ya bildirib ki, əgər imkan yaradılarsa, iclasda iştirak etmək fikri var: “Ancaq bilirsiniz ki, hazırda bununla bağlı qadağa var. Biz təkliflərimizi onlayn da verə bilərik. İstənilən halda yaşı 65-dən çox olan deputatların sayı Milli Məclisdə çoxluq təşkil etmir. Biz iştirak

BMT-dən xəbərdarlıq: Milyonlarla insan məhv olacaq…

Koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir.

Müstəqil.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Əgər ölkələr işbirliyi qurmasalar və tədbir görməsələr, milyonlarla insan həlak olacaq. Hazırda dünya koronavirusla mübarizədə çox asta hərəkət edir. Amma indi kimisə ittiham etməyin məqamı deyil. Qarşısını ala bilməsək, bu virus milyonlara insana yoluxacaq və onların həyatına son qoyacaq”, – Quterreş bildirib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş koronavirusdan dolayı planetin bütün ərazisində savaş və qarşıdurmaların dərhal və tam şəkildə dayandırılması üçün çağırış edib.

 

Bu şəxslərə maaşlarının 5 misli veriləcək – Qərar

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib.

Müstəqil.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhl

Avropanı gözləyən əsas təhlükə

Əgər Avropa ölkələri tibb mərkəzlərinin sayını artırmasa və koronavirusun qarşısını almasa, aprelin ortalarında xəstəxana çatışmazlığı yaşayacaqlar.

Müstəqil.az xəbər verir ki, bu barədə Avropa Xəstəlikləri Qabaqlama və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

“Bu virus Avropada sürətlə yayılır. Əgər bu templə davam etsə, növbəti həftə Avropa ölkələrinin tibb sistemi ciddi böhran yaşayacaq”, – məlumatda bildirilib.

Mərkəz sözügedən ölkələrdə 200 mindən çox insanın bu virusa yoluxduğunu vurğulayıb.(axar.az)