cahantv.az

SON DƏQİQƏ

İnəklər quduzlaşıb, it kimi hürdülər-AĞDAŞ RAYONUNDA ŞOK OLAY-ÖZƏL XƏBƏR

1-08-2017, 21:33 | Oxunub: 772

İnəklər quduzlaşıb, it kimi hürdülər-AĞDAŞ RAYONUNDA ŞOK OLAY-ÖZƏL XƏBƏR
Ağdaş rayon sakini Ümid Vəliyevin Cahantv.az-a verdiyi məlumata görə, Ağdaş rayon Cardam kənd sakini Heşimov Xudaverdiyə məxsus fərdi təsərrüfat sahəsində qəribə hadisə qeydə alınıb.
Belə ki, ona məxsus ev heyvanlarında quduzlaşma baş verib.
İlk öncə iti quduzlaşan kənd sakini, iti öldürüb, yandirdiqdan sonra basdırıb. Daha sonra Heşimov Xudaverdiyə məxsus 2 iri buynuzlu inəkdə eyni hal qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə inəklər də it kimi hürürmüş. Adğdaş rayon baytarlıq idaresinden gələn həkimlərin müayinəsindən sonra, heyvanlara iynə vurularaq öldürülüb və yandırılaraq basdırılıb. Heyvanlardan birinin başı kəsilərək dəqiq müayinə və analiz məqsədi ilə Bakıya göndərilib. Həyət dizinfüksiya edilib və ev sakinlərinə virus əleyhinə peyvəndlər vurulub.Fakla bağlı araşdırmalar davam edir. Heyvanların hansı səbəbdən kütləvi şəkildə quduzluğa tutulması dəqiqləşirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA