cahantv.az

SON DƏQİQƏ

Səməd Vəkilov Maştağalılara nə vəd edir?-Kənd camaatı nədən onu izdihamla qarşıladı?!- FOTOLAR

2-02-2020, 20:36 | Oxunub: 977

Səməd Vəkilov Maştağalılara nə vəd edir?-Kənd camaatı nədən onu izdihamla qarşıladı?!- FOTOLAR
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək.
Deputatlığa namizəd Səməd Vəkilov 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüş keçirib.CahanTV.az-ın məlumatına görə Səməd Vəkilovun sakinlərlə Maşdağa Mədəniyyət Mərkəzində baş tutan görüşü olduqca izdihamlı keçib.
Görüşdə ilk çıxış edən Respublikanın əməkdar artisti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Az TV) qocaman diktoru Eldost Bayramov Səməd Vəkilovun fərdi xüsusiyyətlərindən, peşəkar hüquqşünas kimi onun humanist keyfiyyətlərindən bəhs edib, həyat və fəaliyyətindən danışıb.Səməd Vəkilov Maştağalılara nə vəd edir?-Kənd camaatı nədən onu izdihamla qarşıladı?!- FOTOLAR
Seçki platformasını təqdim edən Səməd Vəkiliov ərazidəki problemli məsələlərin həlli yollarını, həmçinin qanunla tənzimlənəcək məqamlardan ətraflı söz açıb.Onun sözlərinə görə, bu vaxta qədər qanunvericilik təşşəbüsləri, infrastruktur layihələri, qanunsuz tikililər və ünvansız küçələr, uşqalar və gənclər üçün infrastruktur layihələri, ünvanlı sosial yardım, müharibə iştirakçıları və veteranları ilə bağlı layihələr,qəsəbə daxili yolların təmiri, habelə işsizlik problemləri ilə bağlı ayrı-ayrı konseptual təkliflər hazırlayıb.
Səməd Vəkilov Maştağalılara nə vəd edir?-Kənd camaatı nədən onu izdihamla qarşıladı?!- FOTOLAR
S.Vəkilov onu da qeyd edib ki, bəzi şəxslər seçkinin taleyinin artıq həll edildiyini deməklə yaradılmış münbit seçki mühitinə kölgə salmaq istəyirlər, bu marafonda olan fəallığı azaltmaqla öz məqsədlərinə çatmaq üçün şayiələr yayırlar.Bu, birmənalı olaraq Azərbaycanda dövlət tərəfindən həyata keçirilən islahat siyasətinə kölkə salmaqdır.
Namizəd ərazidəki problemləri bu cür xatrıladıb:“Mən bu ərazinin problemlərini yaxşı bilirəm, çünki bu ərazidə yaşayıram. Biz 25 il əvvəl ləğv edilmiş Gülçülük, Bolqarıstan, Zəfəran sovxozları ərazisində yaşayan on minlərlə sakin sosial-iqtisadi və hüquqi problemlər yaşayırıq.Çünki ləğv edilən bu kollektiv təsərrüfatlarının yerində heç bir inzibati ərazi vahidləri yaradılmayıb.Bu isə ərazinin sosial-iqtisadi inkişafına mane olan əsas amilə çevrilib.Təəssüf ki, indiyə kimi bu məsələləri hökumət qarşsında qaldıran olmayıb”.
Səməd Vəkilov sonda vurğulayıb ki, hörmətli Prezident və Birinci Vitse-Prezident tərəfindən münbit seçki mühiti yaradılıb və seçkinin taleyini seçicilər həll edəcək!
Daha sonra professor Seyfəddin Rzasoy söz alıb.O, Səməd Vəkilovun daima xalqına xidmət etdiyini, öz millətinin təmənnasız vəkili və əsgəri olduğunu bildirib.Səməd Vəkilovun tanınmış bir nəslin nümayəndəsi olduğunu vurğulayan S.Rzasoy diqqətə çatdırıb ki, namizədin iki qardaşı Qarabağ müharibəsi veterenadır,özü isə ön cəbhədə – Lələ Təpədə hərbi xidmət keçib.
Tanınmış sosioloq, universitet müəllimi,politoloq və professor Əhməd Qəşəmoğlunun çıxışı da maraqla qarşılanıb.Ə.Qəşəmoğlu da namizədi uzun illərdir tanıdığını və saf-səmimi,sözünə bütöv bir insan olduğunu bildirib.Sonra söz Məşhur Bakı milyonçularından olan Dadaşovlar nəslinin nümayəndəsi Kəmalə Dadaşovaya verilib.O, yerli adam kimi, babalarının həmin ərazidə xidmətlərinin olmasını nümunələrlə əsaslandıraraq hamını S.Vəkilova səs verməyə dəvət edib.Səməd Vəkilov Maştağalılara nə vəd edir?-Kənd camaatı nədən onu izdihamla qarşıladı?!- FOTOLAR
Sonra söz tanınmış hərbi tədqiqatçı Şəmistan Nəzirliyə verilib.O, isə bir araşdırmaçı kimi Vəkilovların 200 ildən çox bir vaxtda Azərbaycan xalqına və dövlətinə xidmət etdiklərini xatırladıb.Seçiciləri Səməd Vəkilova səs verməyə çağırıb.Şair Fərman Borçalı da oxşar çıxış edib, Vəkilovların tanınmış bir nəsil olduğunu vurğulayıb, Səməd Vəkilovu deputatlığa layiq görüb və seçiciləri ona səs verməyə dəvət edib.
Daha sonra söz peyğmbər şəcərəsindən olan Şıxeyyub ocağının varisi Sona Qasımovaya verilib.O, bildirib ki, S.Vəkilov bu günə qədər xalqının vəkili olub və onlara təmənnasız xidmət göstərib.Onu saf, təmiz, sözünə bütöv bir insan kimi təqdim edib və seçiciləri S.Vəkilova səs verməyə dəvət edib.
Məruzəçilər arasında Türkiyəli qonaq, vəkil Yusif Erkelenin çıxışı böyük coşqu ilə qarşılanıb.Öncə xeyir- dua verən qonaq Türkiyə və Azərbaycan xalqlarının qardaşlığından danışıb.Hər iki qardaş ölkənin ali qanuverici orqanında hüquqşunasların təmsil olunmasının vacibliyini bildirən Y.Erkelen qeyd edib ki, S.Vəkilov zatən doğulandan elə vəkil soyadlıdır, qalır yalnız seçicilərin ona səs verməsi.Əlavə edib ki, deputat seçilməsindən asılı olmayaraq, bir hüquqşünas kimi, S.Vəkilov onların vəkili qismində qalacaq.Səməd Vəkilov Maştağalılara nə vəd edir?-Kənd camaatı nədən onu izdihamla qarşıladı?!- FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA