cahantv.az

SON DƏQİQƏ

Atasından gizlin ərə gedən Gülnar: Qonşu oğlanla 4 il görüşdüm - VİDEO

30-11-2018, 16:14 | Oxunub: 328

Atasından gizlin ərə gedən Gülnar: Qonşu oğlanla 4 il görüşdüm - VİDEO

"ATV"nin "5 Gəlin" proqramında 32 yaşlı Gülnar adlı gənc qadının həyat hekayəsi sərt xarakteri ilə seçilən aparıcı Mətanət Əliverdiyevanı da kövrəldib.

Milli.Az xəbər verir ki, ilk evliliyindən bir qız övladı olan Gülnar həyat yoldaşından boşanıb. Ən dəhşətlisi isə qızının atası ilə yaşamağı seçməsidir. Hal-hazırda tək olduğunu deyən gənc qadın ilk evliliyi sona çatdıqdan cəmi 3 ay sonra bir oğlanla təsadüf şəkildə tanış olduğunu deyib. Sonradan o oğlanın qonşuları olduğunu öyrəndiyini bildirən Gülnar, 4 il münasibətlərinin davam etdiyni sözlərinə əlavə edib.

Cütlük illərlə davam edən münasibəti ailələrindən gizli rəsmiləşdirmək qərarına gəliblər. Gülnarın bu qərarından xəbər tutan atası onu övladlıqdan çıxarıb. Çox keçmir ki, onunla gizlin nikaha girdiyi üçün övladlıqdan çıxarılan Gülnarı ikinci həyat yoldaşı da yarı yolda qoyur.

Mətanətin proqramında gənc qadın atasının qoxusu üçün darıxdığını deyib:

"Mən ilk sevgini atamdan görmüşəm. Heç nə istəmirəm. Bircə atamın qoxusunu istəyirəm. Bircə dəfə zəng edib desin ki, "Qızım səni bağışlamışam". Başqa heç nə istəmirəm".

Ətraflı videoda izləyə bilərsiniz:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA