Sultan Haitham bin Tarık Şahin Abdullayevin etimadnaməsini qəbul edib

CahanTV.az  Oman  Sultanlığının  “Observer”  nəşrinə istinadla xəbər verir ki,  Əlahəzrət Sultan Haitham bin Tarik çərşənbə axşamı səhər Al Barakah Sarayında Sultanlığa akkreditə olunmuş qardaş və dost ölkələrin bir sıra səfirlərinin etimadnamələrini qəbul etdib.

Sevindirici haldır ki,Oman sultanın dost və qardaş ölkə sayib səfirlərini qəbul etdiyi dövlətlər arsında Azərbaycan da var. “Şahin Şakur oğlu Abdullayev Sultanlıqda  Azərbaycan Respublikasının Prezidenti Doktor İlham Heydər  oğlu Əliyevin fövqəladə və səlahiyyətli səfiri olaraq etimadnaməsi Sultan tərəfindən qəbul edildi”-yazıb “Observer” 

Azərbaycanla yanaşı səfirlərinin etimadnaməsi qəbul edilmiş digər ölkələr  Danimarka Krallığı,Litva Respublikası,Belçika Krallıqı,Çexiya Respublikası və İrlandiya Respublikasının adları çəkilir.

Qeyd edək ki, Şahin Abdullayev təcrübəli diplomatdır.O,  Azərbaycanın Misir Ərəb Respublikasında, Əlcəzairdə,  Sudanda,Səudiyyə Ərəbistanında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda nümayəndəsi olub.