Xəzər dənizində zəlzələ olub

Fevralın 10-da Xəzər dənizində maqnitudası 3.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:48-də qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.