Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq – Ramin Bayramlı

Onun sözlərinə görə, tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərə və müəyyən risk qrupuna daxil olanlar peyvənd olunacaq.

R.Bayramlı əlavə edib ki, Azərbaycan Türkiyə ilə yanaşı, peyvəndləmə prosesinə başlayan ilk ölkələrdən olub:

“Bu gün şirkətlərlə anlaşıb vaksin əldə etmək o qədər də asan iş deyil. Biz “Sinovac” şirkəti ilə razılaşma əldə edərək ölkəmizin tələbatının 20 faizini təmin edəcək qədər vaksin əldə etmişik. İlk mərhələni növbəti 2-3 ay ərzində başa çatdırmağı planlaşdırırıq”.