Ermənistan Mingəçevirə raket hücumu təşkil etdi – HİKMƏT HACIYEV

“Ermənistan dövlətinin azərbaycanlı mülki şəxslərə qarşı terroru davam edir”.

CahanTV.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat verib.

O bildirib ki, bir neçə dəqiqə öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket hücumu təşkil edib:

“Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası var. Bu, çarəsizliyin barbar ifadəsidir”.