GÖZƏL KƏLBƏCƏRLİ: Kim məni Kəlbəcərə aparsa bir ömür ona borclu olacam

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanmışdır.

CahanTV.az-ın məlumatına görə müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilmişdir.

Azərbaycan mədəniyyətinin təmsilçilərinin  bu müraciətlə bağlı fikirlərini oyrənməyə çalışmışıq.

Tanınmış saz ifaçısı Aşıq Gözəl Kəlbəcərli müraciətdə səsləndirilən fikirlərə tam şərik olduğunu bildirərək deyib:”Mən də öz növbəmdə Azərbaycan mədəniyyətinin təmsilçilərinin xalqımıza etdiyi müraciəti alqışlayıram və  hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırıram.”

Mən Kəlbəcərdə doğulmuşam-

Kəlbəcərin Zallar kəndində .Babam aşıq olub,Aşıq Mirağa. Aşıq Mirağa Kəlbəcərdə sayılıb,seçilən usdad aşıqlardan biri olub.Dədə Şəmşirlə bir dövürdə yaşayıblar həm də yaxın dost olublar.Mən 8 yaşımda ilk dəfə səhnəyə çıxmışam.Böyük məsuliyyət tələb edən agır el məclisləri,el yiğınaqları görmüşəm.Mənim qədər yurd həsrəti,el-oba həsrəti çəkən olmaz.Yeganə bir arzum var Kəlbəcərə dönmək.Kim məni Kəlbəcərə aparsa bir ömür ona borclu olacam..Ordumuzun bu günlərdə cəbhədə göstərdiyi rəşadət mənə ruh verir,qanad verir inanıram ki,Şanlı Ordumuz,Qüdrətli Dövlətimiz mənim arzumu,xəyyallarımı elə bu günlərdə gerçəkləşdirəcək həm mənim həm də bütün xalqımızın yurd həsrətinə son qoyacaq. Mənim də bir omür borclu qalacağım bir Ordumuz,bir Dövlətimiz,bir də Ali Baş Komandanımız olacaq.

Qaldı ki, saz sənətinə . Saz mənim həyatımdir.Aşıq sənəti haqqında,saz haqqında saatlarla ,günlərlə danışaram.Saz  türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir.Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.Sənətlə bağlı müsahibəni Kəlbəcərdə eləyərik İnşallah.”

İNŞALLAH!