Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib

Düşmənə məxsus olan pilotsuz uçan aparat – PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib.

CahanTV.az xəbər verir ki,Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-ə məlumat verib.

Onun sözlərinə görə, bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib:

“Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur”.