AZTV-nin daha bir əməkdaşı dünyasını dəyişib

CahanTV.az xəbər verir ki,Bu barədə kanalın başqa bir əməkdaşı -rejissor Natiq Novruzov öz Facebook profilində yazıb: “Kaş bu xəbər yalan olardı. Allah rəhmət eləsin  Etibar Babayev!” deyə məlumat yayıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

Qeyd edək ki, E.Babayev ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Allah rəhmət etsin