DƏHŞƏT-Ata 13 yaşlı qızının başını oraqla kəsdi

 13 yaşlı  qız 35 yaşlı kişiyə qoşulub qaçdı .Polis qızı tapıb ailəsinə təhvil verdikdən sonra qızın atası yatdıqı yerdə qızının başını oraqla kəsib.

CahanTV.az İran mediasına istinadla xəbər verir ki, hadisə İranın Taleş şəhərində baş verib. 13 yaşlı Romina Əşrəfi, özündən 22 yaş böyük kişiyə aşıq olduğunu və ona ərə getmək niyyətinin olduğunu valiydenlərinə bildirib.Əşrəfinin atası qızının bu istəyinə qəti etiraz bildirdikdə  qız sevdiyi kişiyə qoşularaq qaçıb. Ailə polisə məlumat verdikdən sonra polis Rominanı tutub ailəsinə təhvil verib.Yerli sosioloqlar  Rominanın ailəsinə təhvil veriləcəyi təqdirdə həyatını təhlükəyə atacağını bildirsə də,polis  Rominanın ailəyə təslim olduğunu bildirib. Bir gün sonra isəRominanın atası əlində qanlı oraqla polis bölməsinə gələrək qızını qətilə yetirdiyini deyib. Rayon valisi Kazem Razmi atanın hazırda nəzarətdə olduğunu və istintaqın davam etdiyini söyləyib.  Qadın və Ailə İşləri üzrə vitse-prezident Masoumeh Ebtekar hadisənin araşdırılması üçün xüsusi göstəriş verdib.