Kabnetində şampan partladan İcra Başçısının nazir olmaq sevdası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam ilə Əbülfəs  Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edildikdən sonra yeni mədəniyyət nazirinin kim olacaqı ilə bağlı ictimayyətdə geniş müzakirələr getməkdədir. Sənət adamları bu vəzifədə görmək istədikləri müxtəlif mədəniyyət adamlarının adlarını dilə gətirirlər.Belə ictimai müzakirələrin getdiyi bir vaxtda etibarlı mənbələrdən aldığımız məlumata görə Mədəniyyət Naziri postuna iddialı olanlar arasında Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalovunda olduğu bildirilir.Mənbənin verdiyi məlumata görə Əbulfəz Qarayev nazir vəzifəsindən azad edildiyi gün V.Zeynalov kabnetində mini banket keçirib özünün nazir təyyin ediləcəyini qeyd edib,şampan partladıb.Başçının kabnetində keçirdiyi kiçik ziyaffətdə Səbail rayon Bələdiyyəsinin sədri Hac Əliyev və digər yaxın çevrəsinin  iştirak etdiyi bildirilir.

Qeyd edək ki,Vüqar Zeynalov 2018-ci il də Prezident İlham Əliyevin sərəncam ilə  Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.O. əvvələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə işləyib.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işlədiyi iki ilə yaxın müddət ərizində Vüqar Zeynalovun rayon sakinlərinin narazalıqına səbəb olan xeyli yaritmaz əməlləri olmuş ,mətbuatda onun haqqında xeyli tənqidi məqalələr dərc edilmişdir.Hət da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onu dəfələrlə tənbeh etdiyi bildirilir.

“Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Qarabağ qazisi, şəhid ailəsinin evini başına uçurub. Bu haqda zərərçəkən dağıdılmış yarımtikilidə şikayət xarakterli video çəkərək məsələni ictimailəşdirib. Ad və soyadını bildirməyən qazi qardaşının Qarabağ uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu, özünün isə 3 il müharibədə iştirak etdiyini söyləyib: “Şəhid ailələrinə verilən 11 min manatla Səbail rayonunda ev tikirdim. Bu evi tikmək üçün üçün İcra nümayəndələri məndən 1000 manat pul istədilər, verdim. Sonra gəlib, 2 min manat da tələb etdilər. Pul ala bilmədikdə isə evimi başıma uçurdular”.

Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a söyləyib ki, Səbail rayon İcra Hakimiyyəti vicdansızlıq edib”:Bu Vüqar Zeynalovun Səbail rayonuna rəhbərlik etdiyi dövürdə mətbu orqanlarda  vətəndaşların narazılıqını əks etdirən onlarla məqalədən birinin bir parçasıdır.

Ən qisa zamanda rəhbərlik etdiyi rayonun sakinləri tərəfindən bu qədər şikayyətləri qəbul edən bir məmurun nazir olmaq sevdasına düşməsi həm təccüblüdir, həm gülməli ,həm də təhlükəli…