Kanadada Putinin cinayətkar kimi tanınmasını və Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edirlər .

Kanada Parlamenti, Kremlin  lideri Putinin müharibə cinayətkarı kimi tanınmasını tələb edən ərizəni qeydə alıb.

Petisiya Kanada Parlamentinin saytında yerləşdirilib. Bir neçə gün ərzində ərizə 150-dən çox imza toplayıb. Petisiyanın mətnində Rusiya prezidentinin  müharibə cinayətləri sadalanır: Abxaziya və Cənubi Osetiyanın işğalı ilə nəticələnən Gürcüstana təcavüz; Suriyanın mülki əhalisini bombalamaq, bu ölkədə kimyəvi silah istifadəsi, Krımın işğalı, Donbasın işğalı, Ukraynada qətllərin və terrorun sponsorluğu, Malayziya Hava Yollarının sərnişin təyyarəsinin məhv edilməsi, rus müxaliflərinə, jurnalistlərlərə, hüquq müdafiəçilərinə qarşı cinayətləri; Krım tatarlarına və ukraynalılara qarşı edilən repressiyalar – həbsxanalarda və düşərgələrdə qanunsuz həbslər. Mənbə:

  • Kanadalılar öz hökumətlərini Putini müharibə cinayətkarı elan etməyə və müharibə cinayətləri, terrorizmə sponsorluq və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Haqa Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə verməyə çağırdılar. Əgər petisiya oktyabrın sonuna qədər 500 imza alsa, hökumətə təqdim ediləcəkdir.

https://interesnie.info/