28 aprel Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin ildönümüdür

Çərşənbə axşamı Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 100-cü ildönümü tamam olur. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi.

Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi bayram edilir və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına adı verilirdi.

Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər.

Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi.

Bolşevik qoşunların komandanları Bakının girəcəyində zəfər fotosu çəkdirir. 28 aprel, 1920. (Fotoda: Sergey Kirov, Anastas Mikoyan, Serqo Orcenikidze, Mixail Levandovski və işğala vasitəçilik etmiş yerli kollaboristlər)
Bolşevik qoşunların komandanları Bakının girəcəyində zəfər fotosu çəkdirir. 28 aprel, 1920. (Fotoda: Sergey Kirov, Anastas Mikoyan, Serqo Orcenikidze, Mixail Levandovski və işğala vasitəçilik etmiş yerli kollaboristlər)

11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu Azərbaycan Xalq Cümhuriyyətini əvəzləmiş qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.

1991-ci ildə Soviet İttifaqı dağılanadək subyekt qurum olaraq Azərbaycanın bütün de-fakto rəhbərləri Kreml tərəfindən təyin olunurdu.

Bakını zəbt edərkən bolşevik ordusu ciddi hərbi müqavimətlə üzləşməyib.