Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

2020-ci ildə Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər.

CahanTV.az-in məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Qeyd olunur ki, ilkin yarış cədvəlinə əsasən 2020-ci il mövsümündə 17 mərhələ baş tuta bilər.

Nəzərdə tutulan cədvəl reallaşdırılsa, mövsümün ilk yarışı Avstriyada keçiriləcək.

İlk yarışın iyulun 5-də və 12-də Şpilberqdə keçirilməsi planlaşdırılır. Son mərhələ isə dekabrın 13-də Əbu-Dabidə keçiriləcək. Bakıdakı yarış mövsümün yeddinci mərhələsi ola bilər.

Xatırladaq ki, mart ayında Bakı Şəhər Halqası əməliyyat şirkəti koronavirus pandemiyası ilə əlaqədar iyunun 5-7-də nəzərdə tutulmuş mərhələni təxirə salmışdı.