Sumqayıtda keçmiş məhkum  bıçaqlandı

Trend-in məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu tanışı Rüstəmov Elxan Hüseyn oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Rüstəmov R.Xəlilova ürəyindən və qarın nayihəsindən 4 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, E.Rüstəmov saxlanılıb.