Çində sutkada koronavirusa yoluxan xəstələrin sayı 648 nəfərə düşüb

CahanTV.az-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.

Məlumata əsasən, ötən gün ərzində ölkədə yalnız altı yeni yoluxma hadisəsi aşkarlanıb. Virusun Çində yayıldığı bütün müddət ərzində xaricdən gələn 1639 xəstə qeydə alınıb, onlardan 1087 nəfəri artıq sağalıb.

Statistikaya görə, Çində yoluxan insanların 93,6 faizi, o cümlədən son 24 saat ərzində 81 nəfər sağalıb. 2019-cu ilin dekabr ayından bəri xəstələnənlərin sayı 82,8 mindən çox olub. Çində ölüm halları neçə gündür ki, müşahidə olunmur.