Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı

İlk videotəlimlərdə COVİD-19-la bağlı qlobal durumun biznes üçün yaratdığı reallıqlar nəzərə alınıb. Videotəlimlərin mövzuları COVİD-19 dövründə və ondan sonra biznesin daha səmərəli və effektiv qurulması, yeni imkanların tapılmasından ötrü sahibkarların xüsusilə diqqət etməli olduqları məsələlərə həsr edilib. Belə ki, sahibkarlar bu videotəlimlər vasitəsilə böhran dövründə bizneslərin dayanıqlığının qorunması və inkişafı üçün mühüm strategiyalar, biznes proseslərin avtomatlaşdırılması, effektiv satışın təşkili, sığorta, müqavilə öhdəlikləri ilə bağlı hüquqi mübahisələr, logistika zəncirinin qurulması və s. mövzularda maraqlı bilgilər əldə edəcəklər.

Karantin dövründə təşkil edilən distant toplantıların, sahibkarlarla tərəfdaşlar, müştərilər arasında keçirilən onlayn görüşlərin iş adamları üçün natiqlik, təqdimat bacarıqlarını xüsusilə aktuallaşdırdığını nəzərə alaraq bu mövzu da diqqətdən kənarda qalmayıb. Elə silsilənin ilk videotəlimi də sahibkarlar üçün ictimai natiqlik bacarıqlarına həsr edilib.