Milli Qəhrəman Çingiz Mustafayevin yubileyi münasibətilə müsabiqə elan edilib

BU İL ÇİNGİZ MUSTAFAYEVİN 60-CI İL DÖNÜMÜ OLA BİLƏRDİ VƏ O BU YUBİLEYİ AİLƏSİ İLƏ, SEVDİYİ OĞLU FUADLA KEÇİRƏ BİLƏRDİ. LAKİN O VƏTƏN, AZƏRBAYCAN UĞRUNDA 32 YAŞINDA ŞƏHİD OLMAĞI SEÇDİ!

 Vahid Mustafayev yazır:
-Azərbaycan Xalqı üçün bu önəmli tarixlə əlaqədar bu ildə nəzərdə tutulmuş tədbirlər planının bir hissəsi olaraq Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “Yazı Müsabiqəsi” keçirir – Hərbi vətənpərvərlik mövzusunda “Hərb tariximiz” adlı yazı müsabiqəsində iştirak edənlər üçün mükafatlar da olacaq.
II. Müsabiqənin şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
• Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.
• Müsabiqəyə 2020-ci il aprel ayının 30-dan may ayının 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
• Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
• Yazılarda işarə məhdudiyyəti yoxdur.
• Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “Hərb tariximiz” mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.
III. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:
info@chingizmustafayev.org
Təqdimat məktubunda yer almalıdır:
• yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;
• yazı təqdim edən şəxsin fotosu;
• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
• yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.
IV. Qaliblərin elan edilməsi
Müsabiqənin təqdimatı iyunun 15-də, Milli Qəhrəman Çingiz Mustafayevin anım günü keçiriləcək.
Əlaqə telefonu:
(012) 345 45 08
(051) 206 42 70

Allah bütün şəhidlərimizə rəhmət eləsin!